Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İnsan qanından elektrik enerjisi…

10 Ağustos 2016

4:20 pm


10/08/2016 [20:19]: xeber –
Bir qrup mütəxəssis insan qanından elektrik enerjisi almağa nail olduğunu bəyan edib. Laboratoriya müşahidələrinin təşəbbüskarları İsveçdəki Malmö Universitetinin və Rusiya Federasiyasındakı Kurçatov İnstitutunun klinik mərkəzlərinin əməkdaşları olub. Ekspertlər qan axınından elektrik cərəyanı almağa imkan verən unikal yanacaq elementini sınaqdan keçiriblər. Qeyd etmək lazımdır ki, yanacaq komponentinin tərkibinə boruşəkilli iki qrafit elektrod daxildir. Bu elektrodların hər biri insan qanının axması nəticəsində baş verən kimyəvi reaksiyada iştirak edir. Yeni təcrübə bir nəfər könüllünün köməyi ilə reallaşdırılıb. Respondentin dirsək venasına içərisində yanacaq elementi olan kateter daxil edilib. Sonra həkimlər bu unikal komponentə e-ink displey qoşublar. Cərəyanın gərginliyi və gücü mütəxəssisləri hələ o qədər də qane etmir, lakin tədqiqatçılar bu göstəriciləri artırmaq məqsədilə yaxın gələcəkdə əlavə sınaqlar keçirilməsini planlaşdırırlar.(axar.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler