Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İnsan öz yaxşı emelleri ile ecelini yubada bilermi?

11 Eylül 2016

9:08 pm


12/09/2016 [01:05]: xeber –
Bəzi alimlərin fikrincə, Allah-təalanın qəzavü-qədəri iki kitabda yazılır. Bunlardan biri löv­hi-məhfuz (qorunan, dəyişməz lövhə) adla­nır. Bu kitabda yazılanlar pozulmaz və dəyişməz. Amma başqa bir kitab da var ki, buna lövhi-məhv və isbat (pozulma və qeyd olunma lövhəsi) deyirlər. Burada yazılanlar bəzi səbəblər üzündən Al­lahın izni ilə dəyişilə bilər. O cümlədən, insanın bəzi yaxşı əməlləri, onun barəsində başqalarının etdiyi dualar əcəli yubada, bəlaları uzaqlaşdıra, ömrü uzada bilər. Məsələn, sədəqə verməyin, ata-anaya yaxşılıq etməyin, sileyi-rəhimin (yəni qohumlarla mehriban əlaqə saxlamağın) ölümü yubandırması və ömrü uzatması barədə hədislər var. Həmçinin, Peyğəmbər buyurub: “Duadan savayı heç bir əməl qəzavü-qədəri uzaqlaş­dıra bilməz. Yaxşılıqdan savayı heç bir əməl ömrü uzada bilməz” (Sünənüt-Tirmizi, 2139-cu hədis; Sünənü İbn Macə, 90-cı hədis və s.) Buna dini ədəbiyyatda “bəda” deyirlər.(islam.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler