Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İnsan olub bir köpük…”

22 Ekim 2016

11:00 am


22/10/2016 [14:56]: xeber –
“Mənə açılan cinayət işi ilə bağlı hələ ki,
bir yenilik, bir xəbər yoxdur. Bir dəfə prokurorluğa çağırıblar, ayaqüstü
söhbət olub, bundan sonra mənə heç nə deməyiblər. Bu işlə bağlı təzə heç nə
eşitmişəm”.

 

Bunu sayta açıqlamasında yazıçı
Əkrəm Əylisli bildirib.

 

Əkrəm Əylisli deyib ki, dünyanın yarısı onun
belə hərəkətə yol verməyəcəyini bilir: “Bütün ölkə, bəlkə dünyanın da yarısı
bilir ki, mənim belə hərəkətə yol verməyim mümkün deyil. Buna kim inana bilər?”.

 

Yazıçı yeni əsər yazıb-yazmaması ilə bağlı
sualımızı da cavablandırıb: “Mən içimdə həmişə yazıram. İçimdə bir proses
həmişə gedir. Belə olmasa yaşamaq mənə çətin olar. Neçə illərdir, buna
öyrəşmişəm. Mən hər zaman real dünyada yox, o biri dünyada oluram. Mənə mövzu,
süjet lazım deyil. Daxilimdən nəsə gələndə yazıram. İçimdə olanı yazıram. Mən
mövzunu heç uydurmuram. İçimin ağrılarını yazıram. İndi daxilimdə bir şey var,
amma bilmirəm, hekayə olacaq, povest, yoxsa roman”.

 

Əkrəm Əylisli son günlərdə baş verən
hadisələrdən narahatlığını da dilə gətirib: “Bu gün baxıram İraqda 50-ə yaxın
türkməni öldürüblər. İnsan olub bir köpük. İnsanın bu qədər dəyərdən düşməyi
çox böyük dəhşətdir, xüsusən yazıçı üçün. İnsanları hər yerdə qırırlar, belə
şeylər mənə çox ağır gəlir. İnsanların ümidləri üzülüb hər şeydən, uşağı
məktəbə sağ-salamat gedib-gəlirsə buna da şükür edirlər”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler