Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İnsan ayağı deymeyen yerlerde sirli tarixi tapıntılar aşkarladım” -MÜSAHİBƏ+FOTOLAR

13 Ekim 2016

10:32 am


13/10/2016 [14:30]: xeber –
Müsahibimiz tanınmış araşdırmaçı-tarixçi, yazıçı Cəlaləddin Qasımovdur. Onun az qala akademiyanın bir institutu qədər iş gördüyünü desək, yanılmarıq. Araşdırmaçı son illər könüllü olaraq apardığı tədqiqat işləri nəticəsində Azərbaycan tarixinə aid xeyli qiymətli mədəniyyət abidələri, qədim yaşayış məskənləri aşkara çıxarıb. Əsasən tovuzun Xınna dərəsi və o istiqamətlərdə etdiyi araşdırmalar nəticəsində qədim Hunan və Abdal şəhərlərinin qalıqlarını, qədim piramidaları üzə çıxarıb. Gördüyü işlər Rusiyanın iki məşhur telekanalı- “Mir” və “Format”ı da maraqlandırıb və rus jurnalistlər Azərbaycana gələrək bu barədə xüsusi proqram hazırlayıblar.Cəlaləddin Qasımov da sayt saytına verdiyi kiçik müsahibədə əsasən bu məsələ barəsində danışıb:-Cəlaləddin müəllim, eşitdik ki, sizin apardığınız tarixi araşdırmalar və üzə çıxardığınız maddi mədəniyyət nümunələri Rusiyanın nüfuzlu telekanallarının diqqətini çəkib…-Bəli, Rusiyanın məşhur “Mir” və “Format” telekanalları son zamanlar apardığımız tarixi tədqiqatlarla bağlı 40 dəqiqəlik veriliş hazırladılar. Yəqin ki, bir neçə günə yayımlanacaq.-Hansı tarixi araşdırmalarınız onları diqqətini cəlb etdi?-Demək olar ki, son zamanlar tarixə aid yazdığımız bütün yazılar, araşdırmalar və apardığım arxeoloji tədqiqatların hamısına toxunuldu. Bütün bunlarla bağlı 24 sual hazırlamışdılar.-Onların diqqətini daha çox özünə çəkən, heyrətləndirən konkret araşdırmanız hansı oldu?-Tovuz ətrafında aşkar etdiyimiz şəlalə onları çox maraqlandırdı. Azərbaycan xəritəsində adı və mövcudluğu olmayan bu şəlalə haqqında, daha sonra aşkarladığımız qədim dövrə aid piramidalar barəsində soruşdular. Qeyd edim ki, Tovuzda 7 şəlalə aşkar etdim. Əsl təbiət möcüzəsi idi. Sanki təbiətin qoynunda sirr kimi gizlənən, 100 metrlik məsafədə 7 şəlaləni ilk olaraq mən gördüm. Onlardan ən hündürü 35 m, ən kiçiyi isə 10 metrdən tökülür. Çətinliklə dərələrdən adlayan, insan ayağı dəyməyən dolaylardan keçib gün ərzində 25 kilometrdən çox piyada yol qət edərək, bu gözəl məkana rast gəldim. Şəlalə yerləşən hissə sıldırım qayalıqlarla dərənin içində əhatələndiyi üçün buraya min illərdir ki, insan ayağı dəyməyib. Tovuzun Xınna dərəsində Abdal çayının üstündə tapdığımız qədim piramida da rus jurnalistlərini çox maraqlandırdı.Bundan başqa, Aşkara çıxardığımız Qədim Hunan və Abdal şəhərləri, eləcə də, sosial şəbəkələrdə, internet resurslarında yayımlanan tarixi yazılarım barəsində əvvəlcədən məlumat toplamışdılar.-Rus jurnalistlər adlarını çəkdiyiniz tarixi yerlərə də getdilər?-Həmin tarixi ərazilərə ancaq yay aylarında getmək mümkündür. Düzü, çox istəyirdilər ki, həmin yerlərə getsinlər, baş çəksinlər. Elə Moskvadan mənə zəng edəndə də ən birinci həmin ərazilərin Bakıdan neçə km. məsafədə yerləşdiyini soruşdular. Ancaq o ərazilər çox yüksəklikdə yerləşir və ora ancaq yay aylarında getmək mümkündür. Onlar da istəyirlər ki, yayda araşdırma apardığımız yerlərə qalxsınlar. Xəbərdarlıq etmişəm ki, ora çıxmaq üçün 20 km dağların arası ilə piyada yol getməliyik. Onlar da cavab verdilər ki, belə bir yerdə hazırlanan proqram daha maraqlı olar. Amma hələlik mən onlara həmin ərazilərin ancaq fotoşəkillərini verdim.-Onlar həmin ərazilərə gedə bilmədilər. Maraqlıdır, bəs müsahibəni sizdən harada götürdülər? Çəkilişləri harada etdilər?-İçərişəhərdə Qoşa qala qapısının yanında və bir neçə tarixi yerdə müsahibə alıb çəkiliş apardılar.-Aşkarladığınız şəlalə mediada rezonans doğurdu. Rus telekanalları kimi Azərbaycan tv-ləri də ona diqqət göstərdi?-Bəli. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Fərhad müəllimlə birgə aşkar etdiyimiz şəlaləni bir çox telekanallar işıqlandırdılar. “Xəzər” və ATV kanallarına bu tarixi yer barədə açıqlamalar verdik. Mənim belə bir fikrim heç yox idi. Amma “Xəzər” TV-in aparıcısı mənə sual verdi ki, hər gün 20 km ərazini piyada gəzirsiniz, nə kimi maraqlı yerlərlə qarşılaşmısınız? Mən də cavab verdim ki, hamıdan gizli qalan yeddi şəlaləyə rast gəlmişəm. Ondan sonra televiziya kanalları bu barədə material yaydılar.-Yəqin ki, aşkara çıxardığınız şəlaləyə elə özünüz ad verdiniz…-Bəli. Soltan şəlaləsi adını verdim.-Bu tarixi-etnoqrafik araşdırmaların aparılmasında sizə dövlət, yaxud hansısa qurum tərəfindən dəstək göstərilir?-Xeyr! Bu içimdən gələn, vətənimə olan sevginin nümunəsidir. Xocalı soyqırımı və başqa tarixi hadisələrlə bağlı romanlar yazmışam. İki min nüsxə ilə çap edib, ölkənin bir neçə məktəbinə payladıq. QHT açılması üçün müraciət etdim, amma qəbul olunmadı.-Tovuzun Xınna dərəsində bir çox tarixi abidələri aşkarladınız. Sizdən sonra hansısa qurum, yaxud, hansısa alim orada araşdırma apardı?-Təəssüf ki, bu ərazilər əsrlər boyu yazılı tariximizdən kənarda qalıb. Tariximiz milli sərvətimizdir. Bəzən tariximizdə izaholunmaz və sirli hadisələrə tez-tez rast gəlirik. Vaxt keçdikcə bəzi sirlərin üstü açılır . Lakin elə hadisələr də var ki, uzun illərdi izah oluna bilmir. Sirri kimi qalan həmin şəhərləri də ilk mən aşkarladım.-Rus kanalları bizim tariximiz və ona aid yeni tapıntılarla maraqlanıb proqram hazırladı. Bəs bizim televiziyaların bu cür mövzulara münasibəti sizi qane edir?-Telekanallarımızın bir-ikisindən başqa demək olar ki, hamısı müğənnilərin həyatından verilişlər hazırlayır. Biz gənc nəsli milli vətənpərvərlik ruhunda yetişdirməliyik. Hər bir insan üçün ən gəzməli- görməli yer elə onun öz vətənidir. Vətənin gözəl təbiətidir. Bütün araşdırma sahələrinin içərisində də ən şərəflisi və ən gözəli öz Vətəninin tarixini araşdırmaqdır.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler