Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İnsan alverine qarşı qabaqlayıcı tedbir keçirilib

11 Ağustos 2016

9:28 am


11/08/2016 [13:25]: xeber –

“Təmiz
Dünya” Qadınlara Yardım ictiami Birliyi Azərbaycan Respublikası Prezidentinin
yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı
ilə “Labirintdən çıxış” insan alverinə qarşı mübarizə
istiqamətində tədbirlər və eyniadlı sosial çarxın çəkilməsi  layihəsi çərçivəsində insan alveri qurbanları və potensial qurbanların
sığınacaqla təmin edilməsi, sığınacaqda qaldığı reabilitasiya müddətində kiçik
sahibkarlıq fəaliyyətinə stimullaşdırılması mövzusunda  10 avqust 2016-ci il tarixdə növbəti dördüncü seminarını
keçirmişdir. Seminarda 32 nəfər iştirak etmişdir. Seminarda, “Biznesini qur-Lider ol”, “Biznes necə yaranır”, “Biznesdə əsas məqsəd”, “Biznes qurulmasına ilkin
addımlar”, “Biznes planının hazırlanması”, “Marketinq planı” mövzuları  müzakirə edilmişdir. Layihə çərçivəsində altı
seminarın keçirilməsi nəzərdə tutulub. Tədbirdə mövzu üzrə ekspert Nəzakət
Balabəyova çıxış etmişdir.  Hüquqi
aspektlərlə bağlı iştirakçıları hüquqşünas Ağamirzə Bağırov məlumatlandırmışdır.
Tədbir “Təmiz Dünya” Qadınalara Yardım İctimai Briliyinin ofisində
keçirilmişdir.

Tədbirdə  qadınların insan alveri və məişət zorakılığı
qurbanı olmaması üçün iqtisadi cəhətdən azad olmalarının zəruriliyini xüsusi
vurğulanaraq, hər bir qadının kiçik sahibkarlıq fəaliyyəti qura biləcəyinin
mümkünlüyündən danışaraq , bunun üçün lazım olan məlumatları  növbəti seminarlarda da tədbir
iştirakçılarının diqqətinə çatdıracaqlarını bildirdilər.  İştirakçılara layihə çərçivəsində hazırlanmış
“Labirintdən çıxış…. İnsan alverinin qarşısını birgə alaq” mövzusunda bukletlər
paylanmışdır.

Layihə insan alverinə qarşı mübarizəyə dair
2014-2018-ci illər üçün nəzərdə tutulan Milli Fəaliyyət Planına dəstək məqsədi
daşıyır.

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler