Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İngilissayağı boşanma: Nostradamusun öncegörmesi doğrula biler İngilissayağı boşanma: Nostradamusun öncegörmesi doğrula biler

24 Haziran 2016

4:32 pm


24/06/2016 [20:28]: xeber –
Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq qərarı “qoca qitə” üçün arzuolunmaz öncəgörməni doğrulda biləcək yolun başlanğıcı kimi görünür Avropa Birliyi yeni mərhələyə qədəm qoydu. Böyük Britaniya dünyanın ən önəmli qurumlarından birinin gələcək taleyini dəyişə biləcək qərar verdi. Belə ki, dünən Böyük Britaniyada keçirilən referendum Avropa Birliyi üçün “tərs şapalaq effekti” verib. Çünki referenduma qatılanların 51,9 faizi Böyük Britaniyanın Avropa Birliyini tərk etməsinə səs verib. Geri qalan 42,1 faiz isə krallığın bu qurumda qalmasını dəstəkləyib.Əlbəttə ki, bu referendum və onun nəticələri önəmli hadisədir. Ancaq referendumda Böyük Britaniya vətəndaşlarının niyə belə qərar verməsi artıq elə də ciddi əhəmiyyət daşımır. Çünki qərar verildi və geriyə dönüş yolu qapandı.İndi əsas məsələ bu referendumun yekun nəticələrinin doğura biləcəyi gələcək nəticələrin müzakirə edilməsidir. Hər halda, bu nəticələrin dünyada, xüsusilə də “qoca qitə”də, eləsə də Böyük Britaniyanın daxilində bir çox şeyləri köklü şəkildə dəyişəcəyi qətiyyən şübhə doğurmur.Elə Böyük Britaniyadan başlasaq, referendumdan sonra krallıqda siyasi-ideoloji müvazinətin pozulma ehtimalı kifayət qədər yüksəkdir. Belə ki, krallığın 4 tərkib hissəsindən (İngiltərə, Uels, Şotlandiya, Şimali İrlandiya) ikisində – Şotlandiya və Şimali İrlandiyada bu nəticələr narazılıqla qarşılanır. Şotlandiya və Şimali İrlandiya əhalisi Avropa Birliyindən ayrılmanı yolverilməz hesab edir. Hətta Şotlandiya və Şimali İrlandiyanın Böyük Britaniyanın tərkibindən çıxaraq, öz müstəqilliklərini elan edə biləcəkləri də dərhal gündəmə gəlib.Əslində, vaxtilə Şotlandiyanın müstəqilliyini elan etməsi son anda mümkün olmamışdı. Belə ki, Şotlandiyada keçirilən referendumda müstəqillik tərəfdarları təxminən bir neçə faizlə uduzmuşdular. Şimali İrlandiya isə müstəqillik uğrunda hətta silahlı mübarizəyə belə, əl atmış məkandır. Şimali İrlandiya Azadlıq Ordusu son dövrlərə qədər mərkəzi hakimiyyətə qarşı qeyri-leqal silahlı mübarizə aparırdı. Sonradan mərkəzi hakimiyyət Şimali İrlandiya Azadlıq Ordusu ilə danışıqlar masası arxasında müzakirələrə başlayaraq, terrorçu təşkilat hesab etdiyi bu qurumun bir çox önəmli şərtlərini qəbul etməli oldu. Qarşılığında isə Şimali İrlandiya Azadlıq Ordusu özünü buraxdı.Ancaq indi bu referendumun mövcud nəticələri Böyük Britaniyanı əvvəlki dövrə qaytara bilər.Maraqlıdır ki, referendumun ən sarsıdıcı zərbəsi Avropa Birliyinə dəydi. Belə ki, 3 ən önəmli üzvündən (Almaniya, Böyük Britaniya, Fransa) biri – Böyük Britaniya bu qurumu tərk etdi. Və Avropa Birliyinin sıralarını tərk etmək istəyənlər üçün presendent yarandı. Vaxtilə Fransada keçirilən referendumda analoji qərarın qəbul edilməsi üçün bir neçə faiz səs çatmamışdı.İndisə, Fransa da daxil olmaqla, Avropa Birliyini tərk etmək istəyənlərin yeni həvəskarları ortaya çıxa bilər. Xüsuslə də, Almaniya və Fransanın bu sırada ön planda ola biləcəkləri qətiyyən istisna deyil.Məsələ ondadır ki, Avropa Birliyinin maliyyə-iqtisadi yükünü əsasən üç dövlət – Almaniya, Böyük Britaniya və Fransa öz çiyinlərində çəkirdi. İndi Böyük Britaniya bu yükü öz çiynindən atdıqdan sonra əsas güc Almaniya və Fransanın üzərinə düşə bilər. Almaniya və Fransa vətəndaşları isə bu durumdan onsuz da məmnun deyillər. Yunanıstanın iflasa uğradığı dövrdə almanlar öz ölkələrinin rəsmi Afinaya verilən maliyyə dəstəyinin böyük bir hissəsini ödəməsinə kəskin etiraz etmişdilər. İndisə almanlar bu məsələdə daha inadkar əks mövqe tuta bilərlər.Bütün bunları nəzərə aldıqda, Avropa Birliyinin öz “çiçəklənmə dövrü”nü bitirib, dağılma dövrünə qədəm qoymaq üzrə olduğunu da düşünmək olar. Çünki Avropa Birliyinin Yunanıstan, Portuqaliya, İspaniya və İtaliya da daxil olmaqla, 10-a qədər üzvünün maliyyə böhranı yaşadığı inkaredilməz reallıqdır. Bu ölkələr əsasən Avropa Birliyinin ümumi büdcəsindən ayrılan maliyyə dəstəyi hesabına ayaqda qala bilirlər. Bu maliyyə ayırmalarının əhəmiyyətli hissəsi isə məhz böyük üçlüyün – Almaniya, Böyük Britaniya və Fransanın üzərinə düşürdü.  Böyük Britaniyanın kənara çəkilməsiylə yükün altında Almaniya və Fransa qalacaq. Bu iki dövlətin isə Avropa Birliyinin 10-a yaxın ölkəsinin maliyyə yükünü öz çiynində daşıya biləcəyi inandırıcı görünmür.Belə anlaşılır ki, ya Almaniya və Fransa bundan sonra da o yükü daşıyaraq, maliyyə böhranına məruz qalmaqla, onların olduğu “bataqlığa” qərq olacaqlar, ya da kənara çəkilib, həmin ölkələri taleyin ümidinə buraxacaqlar. Bu isə hər iki varianda Avropa Birliyinin iflası, dağılması deməkdir.Ancaq “qoca qitə”nin fəlakəti yalnız Avropa Birliyinin dağılmasıyla yekunlaşmaya bilər. Belə ki, dərinləşən maliyyə böhranı Avropa ölkələrini neft ölkələri, xüsusilə də, Yaxın Şərq dövlətləri qarşısında aciz duruma sala bilər. Və Yaxın Şərqin neft pullarının Avropada ön plana keçməsi isə “qoca qitə”nin müsəlman dövlərlərinin təsiri altına düşməsi anlamı daşıyardı. Nə qədər fantastik görünsə də, Nostradamus öz öncəgürmələrində Avropanın müsəlmanlar tərəfindən işğal ediləcəyini iddia edərkən, ola bilsin ki, elə bunu nəzərdə tutub. Hər halda, Böyük Britaniyanın Avropa Birliyindən “ingilissayağı boşanma”sı Nostradamusun öncəgörmələrini doğrulda biləcək yolun başlanğıcı kimi görünür.Sonda onu da qeyd edək ki, Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının və bu qurumun zəifləməsinin ən çox Rusiyanın işinə yaradığını iddia edənlər də var. Ancaq bu, çox yanlış iddiadır. Çünki Avropa Birliyinin Rusiya ilə elə bir ciddi problemi yoxdur. Əksinə, Avropa Birliyi Rusiya üçün ən önəmli enerji bazarı və maliyyə qaynağıdır. Bu qurumun dağılması həmin bazarı çökdürə və Rusiya sarsıdıcı maliyyə-iqtisadi zərbə vura bilər.Əslində, Rusiyanın Avropa Birliyi ilə bağlı əsas ziddiyyətləri məhz ABŞ-ın “qoca qitə”dəki tərəfdaşlarına təzyiqlərinin fonunda yaranırdı. Əks halda Rusiya bütün AB üzvləri ilə ortaq maraqlar çərçivəsində anlaşa bilər.Böyük Britaniyadakı referendumun nəticələri və Avropa Birliyinin dağılma təhlükə qarşısında qalması hamıdan çox ABŞ-ın milli maraqlarına cavab verir. Çünki Avropa Birliyi ilk baxışda ABŞ-ın müttəfiqi kimi görünsə də, əslində, ən önəmli rəqibidir. Hər bir halda, Avropa Birliyinin mövcudluğu ABŞ-ın “qoca qitə”nin maliyyə-iqtisadi və ticari məkanındakı fəaliyyətini məhdudlaşdırır. Eyni zamanda Avropa Birliyinin indiki vəziyyətdə mövcudluğu ABŞ-ın beynəlxalq siyasət məkanındakı maraqlarının təmin edilmə imkanları da azaldır.Ona görə də, Böyük Britaniyada keçirilən referendumun arxasında rəsmi Londonun əsas müttəfiqinin – ABŞ-ın təsirinin ola biləcəyi də qətiyyən istisna deyil. Ancaq bu, ayrıca bir söhbətin mövzudur və onun üzərinə qayıdacağıq. (musavat.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler