Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İngilislerin su techizatımızla bağl dedikleri dezinformasiyadır”

13 Temmuz 2016

5:52 pm


13/07/2016 [21:49]: xeber –
Böyük Britaniyanın
“The Daily Mail” nəşri Azərbaycan əhalisinə verilən suyun insan
sağlamlığı üçün təhlükəli olması ilə bağlı məlumat yayıb. Məlumatda bu suyun hətta
düş fırçalamaq üçün belə yaramadığı bildirilib.

Məsələ ilə bağlı
sayt-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub
Hüseynov bu ittihamın dezinformasiyadan başqa bir şey olmadığını vurğulayıb:

“Əgər söhbət Bakı şəhərindən
gedirsə, bu, dezinformasiyadır. 10 gün bundan öncə təşəbbüsümüzlə “Azərsu”ASC-nin
bütün su infrastrukturunda ictimai nəzarət həyata keçirdim. Dünya Su
Konqresinin iştirakçısı olmuşam. Bu məsələlərdən xeyli dərəcədə xəbərdaram. Mənə
məlum olan odur ki, sular, xüsusilə də Ceyrabatan su anbarı kifayət qədər təmizlənir
və bundan sonra Bakı şəhərinə ötürülür.

Su ilə bağlı əvvəllər də
bəzi ajiotajlar olub. 10 il öncə Azərbaycanda böyük biznes forum keçirilirdi.
Ajiotaj yaratmışdılar ki, guya bu forum üçün planlaşdırılan yerlər təhlükəlidir,
bunu yalnız filan oteldə keçirmək olar. Bununla da otelin bir otağını 3500
dollara vermişdilər. Belə dezinformasiyalar olur. Lakin başqa bir məsələdir ki,
su infrastrukturunda köhnəlik var. Bəzi xətlər köhnəlib. Bu, danılmazdır.

“Azərsu” ASC şəhərə kifayət
qədər təmiz su buraxır. Azərbaycan bu məsələdə başqa ölkələrdən geri qalmır.
Bakıdan uzaqda yerləşən bəzi rayonların kəndlərində isə su ilə bağlı problemlər
var. Lakin dediyim kimi, bu problemlər Bakı şəhəri üçün xarakterik deyil”.

 

Seymur Əliyev

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler