Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İndiyedek 52 rayon ve şeher üzre 71 qrup üzre 997 nefer şexs bu kurslara celb olunub”

02 Kasım 2016

8:00 am


02/11/2016 [11:58]: xeber –
İşaxtaran və işsiz vətəndaşlar tərəfindən özünüməşğulluq fəaliyyəti üzrə hazırlanmış biznes-planların qiymətləndirilməsinə başlanılıbAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı üzrə təşkil olunan təlim kurslarını başa çatdıran işaxtaran və işsiz vətəndaşların hazırladıqları biznes-planların qiymətləndirilməsi prosesinə başlanılıb.Qiymətləndirmə prosesi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı Regional Peşə Tədris Mərkəzində aparılır. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri İdris İsayev və Mətin Kərimli iştirak ediblər.Tədbirdə vurğulanıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası olaraq, ötən dövrdə məqsədyönlü işlərin aparılıb. BƏT-in baş təlimçisinin iştirakı ilə özünüməşğulluq proqramı üzrə təlimçilər hazırlanıb və onlar özünüməşğulluq proqramında iştirak etmək məqsədilə müraciət edən vətəndaşlar üçün iki aylıq təlim kursları keçirlər. Təlim kursu müddətində iştirakçılar özünüməşğulluq fəaliyyəti üçün seçdikləri sahələr üzrə biznes-plan hazırlamalıdırlar. İndiyədək artıq 52 rayon və şəhər üzrə 71 qrup üzrə 997 nəfər şəxs bu kurslara cəlb olunub. Hazırda müsahibə əsasında təlim kurslarına cəlb ediləcək şəxslərin seçilməsi və onlar üçün təlimlərin təşkili işləri davam etdirilir.Bildirilib ki, təlim kurslarına cəlb olunmuş vətəndaşlardan 271 nəfəri artıq təlim kurslarını başa vurublar. İki gün davam edəcək bu ilk qiymətləndirmədə də kursları yekunlaşdırmış həmin 271 nəfərdən 8 rayona (Ağcabədi, Bərdə, Beyləqan, Laçın, Hacıqabul, Salyan, Tərtər, Xocavənd) aid 12 qrup üzrə 153 nəfər öz biznes-planlarını müdafiə edəcək. Hazırlanmış biznes-planların 84,4 faizi kənd təsərrüfatı, 9,1 faizi xidmət, qalanları isə digər fəaliyyət sahələrini əhatə edir. Biznes-planların 3 meyar – biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında qiymətləndirilməsi nəzərdə tutulub.Biznes-planları qiymətləndirmə prosesindən uğurla keçmiş vətəndaşların özünüməşğulluq fəaliyyətinin mal və materiallar formasında dəstəklənməsi üçün müvafiq tədbirlərin görülməsinə başlanacaq. Ailə bizneslərini təşkil etdikdən sonrakı dövrdə də onların özünüməşğulluq fəaliyyəti mütəmadi monitorinqlər vasitəsilə izlənəcək. Onlara öz təsərrüfatlarını inkişaf etdirmələri, uğurlu biznes qura bilmələri üçün müvafiq məsləhətlər, tövsiyələr veriləcək.Təlim kurslarını bitirmiş digər şəxslərin də biznes-planlarının müəyyən olunmuş vaxtlarda qiymətləndirilməsi təmin olunacaq.Biznes-planlarını təqdim edən vətəndaşlar onlara öz ailə təsərrüfatlarını qurmaları üçün belə bir imkan yaradılmasına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar qiymətləndirmə prosesinə hazır olduqlarını və biznes-planlarını bacarıqla müdafiə edərək gələcəkdə uğurlu ailə biznesi quracaqlarına əmin olduqlarını vurğulayıblar.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler