Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İndiki cavanlar bu seneti beyenmirler…”

14 Ağustos 2016

5:00 pm


14/08/2016 [20:59]: xeber –
Bakının bu kəndindən danışanda adamların yadına ilk düşən şərqin ilk demokratik respublikasını yaradan böyük insan Məmməd Əmin Rəsulzadə olur. Biz də bu dəfə sayt olaraq Novxanı kəndində yola düşdük. Metronun “Azadlıq prospekti” stansiyasından çıxıb 132 saylı xətt üzrə hərəkət edən avtobusa mindik. Bizi kəntdə kəndin ən qocaman adamı çəkməçilik sənəti ilə öz çörəyini qazanan Yusif dayı qarşıladı: Yusif Şükür oğlu Mirzəyev. İlk olaraq bizi evə dəvət etdi. Biz də onun dəvətini yerə salmadıq və iş yerisindən bir az aralıda olan evinə getdik. Masa arxasında söhbətə başladıq:-Bu kəndin adamları nə işlə məşğul olub?-“Bu kəndin adamları o vaxtlar əkinçiliklə məşğul olub. O, vaxtı kəndə əkinçiliklə məşğul olmaq çox çətin olub. Çünki susuzluqdan heç nə becərmək olmurmuş. Babalarımız suyu quyudan “dol” la çəkirdilər. “Dol”u inəyin dərisindən düzəldirdilər. 1951 – 1952 – ci ildə ləzgilər bizim quyudan su çəkməyimizi görəndə, məttəl qaldılar. Deyirdilər ki, biz də taxılı səpən kimi cücərir. Çünki onlarda quraqlıq olmayıb da heç vaxt.-M.Ə.Rəsulzadəyə görə bu kəndin adamlarına nəsə deyiblər o vaxtlar?-Mənim atam həm partiyaçı, həm də baytar həkim olub. Atam deyirdi ki: “Maştağaya iclasa gedəndə elə olurdu ki, gecikirdik. Orda bizə deyirdilər ki, bunlar M.Ə.Rəsulzadənin quyruğudurlar. Bizə heç yer də göstərmiridilər”.-“Çəkməçilik” sənətinə necə yiyələndiniz?-Ailədə yeddi qardaş və bir bacı olmuşuq. O, vaxtı dolanışığımız yaxşı deyil idi. Atamı da erkən itirmişdik. Qardaşım “Traktris” olduğu üçün bir az onun yanında işlədim. Amma, gördüm ki, iş çox ağırdı. Bu mənim gücümdə olan iş deyil. 1959 – cı ildə anam məni şəhərdə yaşayan qohumlarının yanına apardı. Orda dedi ki: “Yusifi bir sənətə qoymaq istəyirəm”. Qohumumuz da məni sənət məktəbində “Çəkməçi”nin yanında şagird qoydu. Bir il orda oxudum. “Çəkməçi”liyin sirlərini öyrəndim. Sonra təyinatla işə düzəldim. 1963 – cü ilə qədər işlədim və həmin il hərbi xidmətə yollandım. Üç il hərbi xidmətdə oldum. Orda da hərbi məktəbi bitirdim.“Orda keçirilən müsabiqədə birinci yeri…”Hərbi xidmətdən sonra Bakıda “Dom model”də işə düzəldim. Orda keçirilən müsabiqədə birinci yeri tutdum. Müsabiqədə 120 nəfər iştirak edirdi. Çoxu da ermənilər idi. Mən birinci yeri tutanda hamısı əsəbindən partlayırdı. Bu nailiyyətimə görə məni 60 günlük Polşa, Çexoslavakiya və Fransaya gəzməyə yolladılar. Sovet höküməti dağılana qədər orda işlədim. Sonra hər yer bağlandı. Mən də məcbur olub 1987 – ci ildə kəntdə yer götürdüm ki, çörəyimi qazanım.Mən indi kəntdə pula görə işləmirəm. Mən əvvəllər qazandığım pulla uşaqlarımı yerbəyer elədim, evimi tikdim. Dolanışığımdan narazı deyiləm. İndi kəntdə görürəm də adamlarda da imkan yoxdu. Ona görə kim nə verir deyirəm ki, Allah bərəkət versin. Mən pul qazanmıram, hörmət qazanıram. 12 nəfər uşaq şagirdim olub. Hamısını da öyrətdim, amma işləməyə həvəsləri olmadı. İndiki cavanlar bu sənəti bəyənmirlər. Mənim övladlarım da bu sənəti seçmədilər. Novxanıda məndən başqa çəkməçilik edən yoxdu.-Yusif dayı, hamı çəkməçi ola bilər, yoxsa bu insanda irsən gəlməlidi?-Mən kənd uşağı olmuşam və ayaqqabıdan heç anlayışım olmayıb. İnsanın əlində hər şey acizdi. İnsan özü istəsə, hər şey edər. Adamlar kosmosa çıxır. Mən işdə boş vaxtlarımda ancaq mütaliə edirəm. Tarixi də oxumaq lazımdı. Nə olsun çəkməçi olanda. Yayda az qazanıram. Qışda isə günümə 25 – 30 manat qazanıram. Bunun nəyi pisdi ki? Vallah bu sənət olmasaydı, ailəm dilənçilik edərdi. Bu sənət elədi ki, işlədikcə adam bu sənətin sirlərini öyrənir”.Vasif Əhüseyn


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler