Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İndi ermeniler daha ağır silahlarla ateşkesi pozurlar” — Herbi ekspert

03 Kasım 2016

3:32 pm


03/11/2016 [19:31]: xeber –
Cəbhə xətində son zamanlar erməni təxribatının sayı artmağa başlayıb.Bir neçə gün öncə Talış yüksəkliyi istiqamətində hücuma keçən ermənilər, itki verərək geri çəkildilər. Bunun ardınca Füzuli istiqamətində təxribat törədən düşmən vəziyyəti gərginləşdirməkdə davam edir.Ermənilərin son zamanlar cəbhə xəttindəki təxribatları barədə hərbi ekspert Üzeyir Cəfərov danışıb:”Son günlər dediyimiz öz təsdiqini tapır. Ermənilər Azərbaycanı böyük təxribata cəlb etmək istəyirlər. Ermənilər onu istəyirlər ki, tərəflər arasında toqquşma baş versin və beynəlxalq qurumlar bu məsələyə müdaxilə etsinlər. Aktiv şəkildə ermənilər bu planı həyata keçirməklə məşğuldurlar.Burada ATƏT-in Minsk qrupunun bu məsələdə əli var və ermənilər çəkinmədən Azərbaycanı təxribata çəkirlər. Erməni ordusu ayrı-ayrı istiqamətlərdən Azərbaycan silahlı qüvvələrinin mövqelərini durmadan atəşə tuturlar. Maraqlısı ondadır ki, ermənilərin atəş açdığı silahların çəkisi də artıb. Əvvəllər avtomat və plemyotlardan atəş açırdılarsa, artıq 60 mm-lik minaatanlardan, qumbaraatanlardan, o cümlədən iri çaplı pulemyotlardan atəş açırlar. Ermənilər son zamanlar daha çox Ermənistanla olan dövlət sərhəddində təxribatlar törətməyə başlayıblar. Ermənilər əvvəllər Tərtər və Füzuli istiqamətində açıq təxribatlar edirdi, indi isə Ağdam istiqamətində açıq şəkildə təxribat edir. Ermənilərin təxribatına qarşı ordumuz tam hazırdır.Azərbaycan ordusu noyabr ayının 12-dən 18-dək genişmiqyaslı 60 min şəxsi heyətin iştirakı ilə hərbi təlimlər keçirəcək. Ermənilər bu faktordan da istifadə edib təxribatlarının sayını artıracaqlar. Ermənilərin yeganə məqsədi və məramı cəbhədə qan tökülməsidir. Görünən odur ki, Azərbaycan tərəfi ciddi döyüşləri hələ düşünmür. Azərbaycan hələ də beynəlxalq qurumların məsələ ilə bağlı aktivliyini gözləyir”.(Ölkə.Az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler