Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İndi ele adamlar vezifede oturub ki…”

19 Eylül 2016

9:08 am


19/09/2016 [13:06]: xeber –
“İndi elə adamlar vəzifədə oturub ki, zamanında Heydər Əliyevin arxasınca güllə atmağa hazır idilər”.Bunu sayta açıqlamasında sabiq millət vəkili, iqtisad elmləri doktoru, professor Əli Əlirzayev keçmiş həmkarı, bu günlərdə oğlu 9 il müddətinə azadlıqda məhruş edilmiş Eldar Sabiroğlu haqqında danışarkən deyib. Əli Əlirzayevin Eldar Sabiroğlu haqqında dediyi fikirləri olduğu kimi təqdim edirik: “Eldar Sabiroğlunu yaxından tanıyıram, biz uzun illər Yeni Azərbaycan Partiyasında (YAP) bir yerdə işləmişik. Onun YAP-ın yaranmasında, “Səs” qəzetinin buraxılmasında böyük xidmətləri olub. O zaman bu qəzeti çıxarmaq üçün imkan, pul yox idi, ancaq Eldar çətinliklərə baxmayaraq qəzeti çıxarmağa nail olmuşdu. Biz səhərdən axşama qədər bir yerdə olurduq, bütün rayonlara gedib iclaslar, konfranslar keçirirdik. Eldar qələmi olan, yaxşı müşahidə, mülahizə edə bilən adamdır.  Eldar daha sonra I çağırışda millət vəkili seçildi və Milli Məclisdə də böyük xidmətləri oldu. O, elə-belə adam deyildi, Heydər Əliyevin bilavasitə seçdiyi adamlardan idi. Ümumiyyətlə I çağırış Azərbaycan Milli Məclisinin həyatında ən nümunəvi çağırış idi və millət vəkillərinin hər biri nümunəvi insanlar idi. Onların hamısı xidməti olan və gələcəkdə də xalqın etibarını qazanacaq şəxslər idi. Əgər biz Heydər Əliyev siyasətindən danışırıqsa, H.Əliyevin kadr siyasətinə də nəzər yetirməliyik. O zaman H.Əliyevin seçdiyi insanların hamısı akademiklər, professorlar, ixtisasını bilən, xidməti olan şəxslər idi. Onda obyektivlik var idi, hərə öz sözünü deyirdi, mülahizələr edirdi. Eldar Sabiroğlu da o mühitdə böyümüş adamdır. Daha sonra Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri oldu. Neçə illər də bu sahədə xidmət göstərdi, hərbi sirrləri qorudu.Eldar çox ayıq adamdır, nə zamansa səhv edəcəyini düşünmürəm. Amma həyatda hər şey ola bilər, heç kəs heç nədən sığortalanmayıb. O qədər olub ki, böyük adamların övladları ilə fikir ayrılıqları düşüb. Ancaq unutmaq olmaz ki, indi ata oğula, oğul ataya görə cavabdehlik daşımır. Və heç kimin pis gününə sevinmək olmaz. Əksinə ədalətli, insaflı olmaq lazımdır, bir-birimizə pislik etməməliyik. Biz bir xalqın nümayəndəliriyik, eyni cəmiyyətdə yaşayırıq, bir-birimizi saxlamalıyıq. Səhvlə cinayəti qarışdırmaq, birləşdirmək olmaz. Səhvi də müəyyən kompramis variantda həll etmək lazımdır. Həm də fikir ayrılığı səhv deyil axı, əksinə inkişaf üçün təkamüldür. Fikir nə qədər ayrı olanda, şaxələnəndə daha da yaxşı qərar qəbul etmək olur və bu da lazımdır. Ona görə çalışmaq lazımdır ki, fikirlər şaxələnsin, yoxsa bir fikirlə hərəkət etmək düzgün deyil. Bu məsələdə Eldarın özünə heyfslənirəm, səhhətində problemlər yarana bilər. Halbuki hələ cavan adamdır, hələ görəcəyi işlər çox ola bilər. Çünki o, pis adam deyil, Heydər Əliyevə sadiq insandır. Onun oğlunu heç görməmişəm, tanımıram. Ancaq özüylə 20 il bərabər olmuşuq, çörək kəsmişik. İnsan keçmişinə güllə atmamalıdır. Eldar dövlətçiliyimizdə xidmətləri olan şəxsdir. İndi elə adamlar vəzifədə oturub ki, zamanında Heydər Əliyevin arxasınca güllə atmağa hazır idilər. Bunlara baxmaq lazımdır. Biz də müxalifətdə olmuşuq, Heydər  Əliyevin ətrafında Vəzirova, Mütəllimova qarşı müxalifətdə olmuşuq. Ancaq biz insanlığı həmişə yüksəkdə tutmuşuq. Bizim vaxtımızda müxalifətdə olan adamlarla da indi münasibətimiz var, görüşürük, danışırıq, ağıllı fikirləri ilə razılaşırıq. Bir şeyi unutmaq olmaz ki, müxalifətdə də, iqtidarda da olsan, bir-birinlə düşmən olmamalısan. Çünki bizə düşmən lazım deyil, biz özümüz özümüzü qorumalıyıq”.Rumiyyə   


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler