Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İndi daha çox cavan qızlar, cavan gelinler tövbe etmeye gelirler”

22 Ağustos 2016

10:28 am


22/08/2016 [14:25]: xeber –
Son illər daha çox cavan qızlar, cavan gəlinlər tövbə etməyə gəlirlər. Əsasən narkotikdən tövbə edirlər”.sayt  “Musavat.com”-a istinadən xəbər verir ki, bunu sabiq millət vəkili, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül deyib.“Bizim bu məsciddə böyük bir idman zalımız var idi . Mən özüm də sərbəst güləş üzrə məşqçiyəm . Vaxtilə Azərbaycanın güləş komandasının məşqçisi olmuşam. O vaxt bizim idman zalımız var idi və sovet hökuməti idmanla bağlı nə lazım idisə, bizə verirdi. İdman zalının yanında da hamamı var idi. Həm də digər tərəfdə cərgə ilə otaqlar var idi, indi sökülüb. Tövbə etməyə gələnləri mən burada saxlayırdım, bir-iki ay burada yatırdı”-deyən Hacı Əbdülün sözlərinə görə, onlar yeyib-içir, həm də hər gün məşq edirdi.“Narkotik təbi gələndə o adamlar zalda olurdu. Məşq etməklə onun təbini sındırırdıq. Ondan sonra daha onun narkotikə ehtiyacı qalmırdı. Elə olurdu 20-30 nəfər cavan qalırdı. Sonra mən özüm çatdıra bilmədim, ayrıca məşqçi tutdum. O məşqçi ilə həftədə 3 dəfə məşq aparırdıq. Biz bu işi xırdalıqlarına qədər bilirdik ki, narkotiki nə ilə əvəz etmək olar. Biz ondan bir şeyi alanda, başqa şey verməliydik. Görürdük təbi gəlir, adam döz bilmir, aparırdıq zala. Orada onu məşq edirdilər, onu sıxırdılar, məşq edirdilər, təbi gedirdi”-deyə, o, sözlərinə əlavə edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler