Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İmtiyazlı mehbusun sevinci ve minnetdarlığı

26 Haziran 2016

1:20 pm


26/06/2016 [17:17]: xeber –
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi 2011-ci ildən qarşılıqlı əməkdaşlıq etdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Cəza Çəkmə Müəssisələrindəki imtiyazlı məhbusların özlərinin və onların ailə üzvlərinin sosial və tibbi problemlərinin həlli istiqamətində həm layihə, həm də layihədənkənar vaxtlarda mütəmadi olaraq işlər aparır. Bunun üçün ofisdə Qaynar xətt də fəaliyyət göstərir.Məlumat verdiyimiz kimi, hazırda İctimai Birlik Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində “İmtiyazlı məhbusların özlərinin və ailə üzvlərinin hüquq və azadlıqlarının müdafiəsi” adlı layihə həyata keçirir.Bu günlərdə İmişli rayon sakini, 2-ci qrup əlil Niyaməddin Səmədov İctimai Birliyin ofisinə gəlmişdir. Niyaməddin əvvəllər 7 saylı CÇM-da cəzaçəkmişdir. Bu yaxınlarda möhtərəm Prezidentimiz tərəfindən əhf olunanlardan biridir.Niyaməddin söylədi ki, 2011-ci ildə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin əməkdaşları 7 saylı CÇM-ya gəlib onların problemləri ilə maraqlanarkən o da böyük ümidlə onlara yaxınlaşıb özünün və ailəsinin problemlərini söyləyib. Qısa bir zamanda İB-in əməkdaşları tərəfindən bu problemlərin həllini görüb. Niyaməddinin sözlərinə görə İB-in əməkdaşları dəfələrlə onun maddi və mənəvi sıxıntı içərisində yaşayan ailəsində olmuş, atasının əməliyyat olunmasına, özünün əlilliyə görə pensiyasının alınmasına və digər məsələlərin həllinə, ən başlıcası isə hazırda Niyaməddinin azadlığa çıxmasına dəstək olublar. Belə ki, İB tərəfindən Niyaməddin Səmədovun əhf olnması üçün aidiyyəti dövlət təşkilatlarına olunan müraciətlər müsbət nəticə verib. Niyəməddin hazırda cəzasının qalan hissəsini azadlıqda çəkmək şərti ilə azadlığa buraxılıb, özünün və ailəsinin sivincini İB-in əməkdaşları ilə bölüşməyə gəlib.Niyəməddin bildirdi ki, İctimai Birliyin yalnız onun deyil, digər imtiyazlı məhbusların özlərinin və ailə üzvlərinin də etdiyi müraciətlərə laqeyd qalmamasının, 10-larla əlilliyi olan məhbusların pensiyalarının vaxtlı-vaxtında alınmasında, ehtiyacı olan məhbusların protezlərlə təmin olunmasında, onların ailə üzvlərinin müalicəsində, ünvanlı sosial yardım almalarında, azadlığa çıxdıqdan sonra həyata adaptasiyasında necə böyük dəstək olmasının şahididir.Niyaməddin Səmədov ictimai fəaliyyətə böyük önəm verən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına, gördüyü xeyirxahlıqla dolu işlərə görə sədr Tahir Xudiyevin simasında “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyin bütün kollektivinə, həmçinin gördüyü işlərdə İctimai Birliyə dəstək olan aidiyyəti dövlət qurumlarına özünün və ailəsinin münnətdarlığını bildirmişdir.Sonda Niyaməddin Səmədov həm də şəhid Tariyel Mirəliyevin maddi və mənəvi cəhətdən köməyə ehtiyacı olan ailəsinin problemlərinin həllində köməklik göstərməsini İctimai Birlikdən xahiş etmişdir.“Əlillər Dünyası” qəzetidən26. 06.2016




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler