Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İmtahan verdiler, neticeleri bilmeden suda boğulub öldüler – FACİƏ

26 Temmuz 2016

11:44 am


26/07/2016 [15:41]: xeber –
24 iyul saat 18:00 radələrində Şamaxı şəhərinin yaxınlığındakı Şirvangöldə dəhşətli hadisə baş verib. Şahidlərin sözlərinə görə, balıq tutarkən yeniyetmələrdən birinin ayağı sürüşərək suya yıxılıb. Yoldaşları onu xilas etməyə cəhd edib və üzməyi bacarmadıqları səbəbindən suda boğularaq ölüblər.Ölən şəxslərin adının Bəkirov Məhəbbət Məhəmməd oğlu, Axundov Qadir Rasim oğlu və Səfərov Rövşən Siyavuş oğlu olduğu məlum olub. Onların hər birinin 1999-cu il təvəllüdlü və Şamaxı rayonu Şəhriyar qəsəbə sakinləri olduğu bildirilir. Yeniyetmələr 23 iyul tarixində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən II və III ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirilmiş qəbul imtahanında iştirak ediblər. Qəbul imtahanından yaxşı nəticə əldə etsələr də, sevincli anları yaşamaq onlara qismət olmayıb./faktor.az/




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler