Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İmkan verseler hemsderlerin aeroportda şalvarlarını soyunduraram”

06 Ekim 2016

3:00 pm


06/10/2016 [18:59]: xeber –
“ATƏT-in Minsk qrupu ermənilərin mənafeyini müdafiə edən bir qurumdur. Amma çox təəssüf ki, bəzi qüvvələr bu qurumun fikirlərinə aldana-alada 23 ildir başımızın altına yastıq qoyurlar”.Bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O qeyd edib ki, ATƏT-in Minsk qrupu heç vaxt Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasına çalışmayıb və bundan sonra da çalışmayacaq: “Həmsədrlərin əksəriyyəti ermənipərəsdir. Onlar açıq şəkildə erməniləri müdafiə edirlər. Gedirlər Ermənistanda yeyib-içib bir söz deyirlər, gəlirlər burada başqa söz. Bu qurumun üstündən xətt çəkmək lazımdır. ATƏT-in Minsk qrupununu formatı dəyişdirilməli və Türkiyə burada təmsil olunmalıdır”.Partiya sədri deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana buraxılmamalıdır: ”Mənə imkan versələr həmsdərlərin aeroportda şalvarlarını soyunduraram. Biz bundan sonra 23 ild də gözləyə bilmərik ki, 4 nəfər alkaş Dağlıq Qarabağın taleyini həll edəcək. Ordumuzun gücü ilə işğaldakı torpaqlarımızı azad etməliyik. Bu qurumda təmsil olunan həmsədrlər ermənipərəst mövqedə olduqları üçün Azərbaycana buraxılmamalı və onlara demək “rədd ol!” komandası verilməlidir”.(mia.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler