Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İllerini musiqiye hesr eden insan incimişdi hamımızdan…”

31 Ağustos 2016

2:52 pm


31/08/2016 [18:50]: xeber –
“Oqtay müəllim də fani dünyamızı tərk etdi… O, uşaqlıq illərimizin qəhrəmanı idi. Bilirsinizmi niyə? Çünki biz uşaqları çox düşünərdi. Bizim üçün bəstələyərdi. Elə davranışları da uşaq kimi idi: pak, saf, billur”. sayt xəbər verir ki, bu sözləri xalq artisti Azərin sevilən uşaq mahnılarının müəllifi, bəstəkar, xalq artisti Oqtay Zülfüqarovun vəfatından danışarkən bildirib. Azərin daha sonra xalq artisti ilə bağlı bir xatirəsini də bölüşüb: “Heç vaxt unutmayacağım bir hadisəni danışmaq istəyirəm. Günlərin bir günü bir proqrama dəvət almışdım. Yanılmıramsa 2003-cü il idi. Çəkiliş məkanına gələndə gördüm ki, Oqtay müəllim də proqramda qonaqdır. Biz proqrama münsif kimi dəvət almışdıq. İstedadlı balaca uşaqları seçmək lazım idi. Uşaqlar müxtəlif mahnılar oxuyurdular. Amma heç biri uşaq mahnısı oxumurdu. Ağzını açan “Depresyondayım” deyirdi. Sonunda Oqtay müəllim ayağa qalxdı və otağı tərk etdi…Çox üzülmüşdü. İllərini musiqiyə, bəstəkarlıq məktəbinə, biz uşaqların tərbiyəli, mənəviyyatlı, vətən sevgisiylə yetişməsinə həsr edən insan incimişdi hamımızdan”. Xalq artisti sonda ölməz bəstəkarımıza Allahdan rəhmət diləyib:“Uşaqlar cəmiyyətimizin aynasıdır. Düşünürəm ki, cəmiyyətimiz isə illərdir depresiya yaşayır. Ümid edək ki, bir gün silkələnib özümüzə gələrik. Balalarımız yenidən ana laylaları eşidər. Yenidən Oqtay Zülfüqarovun, Əşrəf Cavanşirovun, müasir bəstəkarlarımızdan Məryəm Əlibəylinin və s. uşaq mahnılarıyla tərbiyə olunar. Oqtay müəllim, Allah sizə rəhmət eləsin. Məkanınız olsun. Siz tək mənim yaddaşımda deyil, Azərbaycan musiqi tarixində yaşayacaqsınız!”Rumiyyə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler