Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlk “vor-zakon” “Pantera” leqebli azerbaycanlı olub – Mason lideri ile söhbet…

20 Ağustos 2016

8:00 pm


20/08/2016 [23:59]: xeber –
III yazıÖlkəmizdə və keçmiş sovet məkanında daimi gündəmdə olan, loru dildə “vor-zakon” deyilən “qanuni oğru”(“vor v zakone”) mövzusunun dövriliyi əfsanəvi azərbaycanlı kriminal nüfuz sahibi kimi tanınmış Rövşən Lənkəranskinin qətlindən sonra birə min artdı. Odur ki, bu mövzuya baş vurduq. Məqsədimiz dəyərli oxucularımız üçün uzun illər örtülü qalan, Azərbaycana üstdən aşağı baxanlar tərəfindən xalqdan gizlədilən bəzi ilginc faktları açıqlamaqdır…Stalinin keçdiyi yolla gedənlər…“Qanuni oğru”lar dedikdə bəzən insan cəmiyyətindəki haqsızlıqlara üsyan edən bir təbəqə də  anlaşılır. Azadlıqda hansısa ədalətsizliyi dəf etmək üçün cəsarət göstərib canını qoyan şəxslər dövlət qanunlarıyla zindana salındıqdan sonra özlərinə məxsus prinsipləri olan haqq (?) qoruyucularına çevrilirlər. Doğrudur, bəzən onların cərgəsinə haqlı yerə həbsə atılan qansız canilər də qoşulmağa çalışırr. Bütün bunlara rəğmən  yeniyetmə və gənclərin ən çox rəğbət bəslədiyi, maraqlandığı  kəslər məhz  “vor-zakon”lar, avtoritetlər olur. Bu hallar daha çox haqsızlığın hökm sürdüyü ölkələrdə yer alır. Təsadüfi deyil ki, “vor-zakon” anlayışı insanların maraqlarının çərçivəyə salındığı totalitar cəmiyyətlərdə daha populyardır. Bəziləri SSRİ-nin 30 illik lideri Stalinin özünün elə XX əsrin əvvəllərində Bakıda türmədə yatıb – çıxandan sonra “Koba” ləqəbli ilk “vor-zakonlar”dan biri olduğunu, elə bu səbəbdən Sovet İttifaqında da “qanuni oğru”ların nüfuz qazandığını söyləyirlər. Ümumiyyətlə, “vor-zakon” institutunun 30-cu illərdə repressiyalar burulğanında haqsız yerə həbsdə, sürgündə olanların da qeyri-iradi qarışdığı kriminal ünsürlərin idarə olunması üçün SSRİ Siyasi İdarəsi tərəfindən formalaşdırıldığı barədə tutarlı faktlar var. Təbii ki, bunlar başqa bir söhbətin mövzusudur… İlk dəfə “qanuni oğru” qanunlarını yazan azərbaycanlı olub…Bu yazımızda biz ilk “qanuni oğru” qaydalarını yazan və bununla da özü ilk “vor-zakon” hesab edilən bir azərbaycanlıdan söhbət açacağıq.  Rus mənbələri Azərbaycan da daxil keçmiş çar Rusiyası ərazisində ilk “qanuni oğru”nun XVIII əsrdə yaşamış və 13 yaşından məşhurlaşmış Vanka Kain ləqəbli İvan Osipov olduğunu bildirir.  XX əsrin əvvəllərində ad salmış Mişka Yaponçiki (Amerikadakı rus mafiyasının “xaç atası”, müasirimiz “Yaponçik”lə səhv salmayın) də ilk qanuni oğru sayanlar var. Azərbaycanın ilk “qanuni oğru”sunun ötən əsrin 30-cu illərində Rəşid oğlu Məhərrəmin olduğunu söyləyənlər az deyil. Bəzi mənbələrə görə, ilk dəfə olaraq oğru dünyasının 7 maddədən ibarət normativ sənədi  bakılı avtoritet Ağakərim tərəfindən hazırlanıb. O, əslən çəmbərəkəndlidir,  erməni zabitini qətlə yetirdiyi üçün həbsxanaya düşüb və ilk dəfə yazılı olmayan 7 bənddə “qanun” qəbul edib. Sonradan bu “qanun” keçmiş SSRİ-də yayılıb… Elə bu yazımızda da  “vor-zakon” qanunlarının müəllifi olan azərbayacanlı “qanuni oğru”dan bəhs edəcəyik. Amma yaddaş “arxivimizdəki” məlumatlar Ağakərimdən on illər öncə başqa bir həmyerlimizin oğru qanunlarının əsasını qoyduğunu xatırlatdı.  Bunu birinci dəfə  ilk iki söhbətimizdən tanıdığınız milli masonçuluq lideri, 60-70-ci illərdə Azərbaycanın müstəqilliyi uğrunda gizli  mübarizə aparmış Milli Azadlıq Qərargahının rəhbəri Oqtay Eldəgəzin dilindən eşitmişik… Qarabağlı Ürfan bəy həbsdən çıxmaq üçün “vor-zakon” adından imtina etməli idi……XX əsrin 90-cı illərinin yay günlərindən birində “Azərbaycan” nəşriyyatının 6-cı mərtəbəsində baş tutmuş söhbətimizdə Oqtay əfəndi ilk olaraq bizləri XIX əsrin yayına, amma soyuq Sibir şəhərlərindən birinə aparmışdı……1898-ci il iyulun 20-də  Tobolskdakı (Rusiyanın Tümen vilayəti) 46 saylı türmənin rəisi polkovnik M.S.Kotlyarevski Sankt-Peterburqda DİN məhkəmə hökmlərinin icraatına nəzarət şöbəsinin şefinə göndərdiyi ikinci məktubunda yazırdı:”Zati aliləri, adı çəkilən 38092 saylı, CM-nin 138-ci maddəsi ilə yatan dustaq, qafqazlı tatar  Fyodor Fyodoroviç Yusubov (həbsə alınanadək əsl adı: Ürfan İbrahim oğlu Yusifli, ləqəbi “pantera”(“bəbir”)) 10 illik cəza müddətini sona verib azad olunmasının gözləyir. İlk məktubumda göstərdiyim kimi, belə qorxulu və adi olmayan tatar müsəlmanı öz qaydasıyla evinə buraxsaq, həşəmətli imperiyamız üçün təhlükələr törədə bilər. O, Rusiyada qulaqların alışmadığı ilk “qanunda oğru oturan” adını almaqla, türmədə iç qayda-qanunları heyrətamiz yüksək səviyyədə saxlamaqda, meşəqırmada və digər çeşidli təsərrüfat işlərimizin uğur qazanmasında xidmətlər göstərmişdir. Dustaqlar içrə danılmaz nüfuz qazanmış bu cinayətkarın artıq islah olunduğuna əminəm. Siz zati-alilərinizin göstərişlərinizi gözləyrəm”. Şefin cavab məktubunda göstərilirdi ki, sözügedən dustaq “qanunda oğru oturan” iddiasından imtina haqqında kağıza imza atdıqdan sonra azadlığa buraxılsın… Rəisin otağına çağırılmış 49 yaşlı məhbus təklifi rədd  edərək barakına çəkildi. Xoşbəxtlikdən XX əsrin başlanması  və imperator II Nikolayın ağır infarkt xəstəliyindən tam sağalması münasibəti ilə verilmiş 30 dekabr 1899-cu ll tarixli əfv fərmanına əsasən “bəbir” də azadlığa çıxaraq Sankt-Peterburqun Nevsk prospektindəki  beşotaqlı mənizilinə qayıtdı…”Peterburq Tibb Universitetini yarımçıq  tərk etdi…Bundan sonra milli mason lideri “pantera” ləqəbli qarabağlının həyat yolundan, həbsə necə atılmasından danışır:“Ürfan İbrahim oğlu Yusifli Ağdamın Kolanı kəndində doğulmuşdu.  Atası İbrahim bəy tanınmış pambıq sahibkarlarından idi. Öğlunu təhsil almaq üçün Rusiyaya yollamış, hər cür şərait yaratmışdı. Ürfan Peterburq Tibb Universitetində təhsli alırdı. Lakin  coşğun təbiətli Ürfan nə atasının, nə də anası Məhbubə xanmın sözünə baxdı. İkinci kursdan təhsilini yarımçıq qoyub qaynar şəhər həyatına atıldı. Az keçməmiş bircə adı çəkiləndə ucadan danışanların susduğu, ədalətsiz hərəkətdə bulunanların özlərini yığışdırdığı, asıb-kəsənlərin farağat dayandığı bir hədəfə çevrildi. Onu meyxanələr küncündəki hal əhli də, iqtidar dairələri də, hərbi mühitin rütbəli zatları da, kübar və yoxsul peterburqlular da yaxşı tanıyır, bir sözünün qarşısına çıxmırdılar. Çünki Ürfan sözübütöv və əliaçıqdı, ədalətli, insaflı hökm verəndi, nahaqqı bir zərbəsiylə yerində oturdardı. General-qubernatorun  qaynı oğlunu qətlə yetirdi…Subay oğlanın geniş otaqları daim qonaqlı-qaralı olardı… Kübar cəmiyyətin mavi gözlü xanımları və yeniyetmə qızları Motsart valsında onu əldən salmaqdan zövq alardılar. Onun bu firəvan və qayğısız güzəranını kor qoyan bir bəd olay baş verməsəydi, nə vardı ki… Bir kərə “Kobakov və”K” meyxanasında sərxoş cavan onun gənc rus qızıyla əyləşdiyi masanın yanına gəlib qışqıraraq:”Ay qara dallı, bu, sənin yemin deyil, mənə yol ver! Yoxsa…” deməsi işləri korladı. Ürfan bəy cəld ayağa qalxaraq təhqir edəni üç bıçaq zərbəsiylə yerə sərdi. İşə baxın ki, yerindəcə keçinən oğlan  Sankt-Peterburqun general-qubernatorunun qaynı oğluymuş. Çoxsaylı dostların və nüfuzlu adamların səylərinə baxmayaraq Ürfan bəyə 10 il həbs cəzası kəsildi və bir aydan sonra o,Tobolsk türməsinə göndərildi…”  Bəs  necə oldu ki, Ürfan bəy uzaq Tümen vilayətində onlarla millət nümayəndəsinin olduğu həbsxanada özünə yüksək nüfuz qazandı? O, “qanuni oğru” qanunlarını necə yazdı?  Oxucularımızı yormamaq üçün bu sualların cavabını növbəti yazımıza saxlayırıq…(Ardı var)Sultan Laçın  


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler