Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlk rus teyyaresini vuran türk pilot – Narginde başına gelen dehşetler

20 Ağustos 2016

10:52 am


20/08/2016 [14:50]: xeber –
Türkiyənin ilk sərnişin və hərbi təyyarəsini hazırlayan, ilk xüsusi hava yolu şirkətini quran və ilk rus təyyarəsini salan, Bakının Nargin adasında çəkdiyi sürgün illəri və Vecihi Hürkuşun həyat hekayəsi… 1896-cı il yanvarın 6-da İstanbulda gömrük müfəttişi Faham bəy və Zeliha Niyir xanımın ortancıl uşaqları Vecihi Faham dünyaya gəlir. 1912-ci ildə 16 yaşı olanda qaynı General Kamal bəyin yanında Balkan müharibəsinə qatılır. Müharibədən sonra İstanbula qayıdaraq, Beykoz Serviburun əsir düşərgəsində komandir vəzifəsinə təyin edilir. Lakin 1914-ci ildə İstanbul – Qahirə səfərində pilotlar Nuri, Sadiq və Fəthi bəylərin şəhid olmalarınd təsirləndiyi üçün pilot olmağa qərar verir. Yaşı az olduğu üçün müəyyən müddətə maşinist məktəbinə göndərilir. I Dünya Müharibəsi zamanı Bağdad cəbhəsinə təyyarə maşinisti kimi qatılır. Lakin təyyarə qəzasında yaralanaraq İstanbula qaydır. Bu qəza Vecihi Hürkuşun pilot olmaq istəyini bir az da gücləndirir. Və Yeşilköydəki təyyarə məktəbinə gedir.  Hürkuş 1916-ci ildə ilk uçuşunu kapitan pilot kimi həyata keçirir və məzun olur. Bundan sonra 1917-ci ildə Qafqaz cəbhəsinə keçirilir. Qafqaz cəbhəsində ruslarla ilk döyüşdəcə düşmənin bir təyyarəni salaraq, tarixə Türkiyənin təyyarə vuran ilk pilotu kimi daxil olur. Yenə eyni cəbhədə hava qarşıdurmasında yaralanaraq rusların əsiri olur. Türklərin əsir kimi saxlandığı Azərbaycanın Nargin adasındakı əsir düşərgəsindən azərbaycanlı türklərin köməyilə 1 illik əsarətdən sonra üzərək qaçır. Buradan Türkiyənin o vaxtkı paytaxtı İstanbula qayıdaraq, 1920-ci ildə Atatürkün Qurtuluş  Savaşına qatılır. Bir çox müvəffəqiyyətə və ilkə imza atan Hürkuş Qurtuluş  Savaşının ilk və son uçuşunu reallaşdırıb. 3 tərifnamə alaraq, “Qırmızı lentli İstiqlal Medalı”na da layiq görülüb. 1923-cü ildə İzmir Seydiköydə az müddətə vəzifəyə göndərilir və 1924-ci ildə yunanlardan döyüş qəniməti kimi toplanan təyyarə parçalarından ilk türk təyyarəsi olan “Vecihi K-6” modelini yaradır. Təyyarənin uçuş sertifikatını ala bilmək üçün icazə lazım idi. Bunun üçün heyət toplansa da, heyətdə təyyarəni idarə edə bilən heç kim olmur. Ona görə də Hürkuşa, “Biz sənə bu lisenziyanı verə bilmərik, təyyarənə güvənirsənsə, min və uç” deyilir. 1925-ci il yanvarın 28-də Hürkuş ona deyiləni edir və 15 dəqiqəlik uğurlu sınaq uçuşunu başa vurur. Lakin “icazəsiz uçdu” adı ilə cəzalandırılır.  Hürkuş bu hadisədən sonra Hava Qüvvələrindən istefa verir və Türk Təyyarə Cəmiyyətinə (TTC) qatılır. TTC adına hədiyyə yığmaq və xalqı hava nəqliyyatı haqqında maarifləndirmək üçün təyyarəsinin qaytarılmağını istəyir. Lakin cavab onun xeyrinə olmur. Bu vaxt Vecihi Hürkuş Avropaya gedir və Atlantik okeanını keçməli olur. Lakin Fransanın “Aero” klubunun təzyiqləri nəticəsində bu təklif də geri qaytarılır. Milli Müdafiə Nazirliyi Kayseridə Təyyarə və Mühərrik Anonim Şirkəti adında təyyarə fabriki qurmaq istəyir. Qısa adı TOMTAŞ olan fabrik təyyarə istehsalı üçün Hürkuşla razılığa gəlir. Hürkuş biri 14 nəfərlik Junkers G-24, digəri isə 6 nəfərlik, tək mühərrikli Junker F-13 model təyyarələri ilə 1927-ci ildə Ankara – Kayseri arasında uçuşları həyata keçirir. Bunlara Türkiyənin ilk hava yolları uçuşları da demək olar. Hürkuş TOMTAŞ-a Junkers A-35 təyyarələrinə yanacaq anbarı əlavə edərək Ankara – Tehran uçuşunu həyata keçirmək istədiyini deyir. Bununla da istehsal artaraq xarici dövlətlərə də təyyarə sata bilmək fikri ortaya çıxır. Amma TOMTAŞ bunu qəbul etmir və 1928-ci ildə iflas edir. 1930-cu ildə Vecihi Hürkuş Kadıköydə sex kirayələyir və 3 ay müddətində ilk türk sərnişin  təyyarəsi olan “Vecihi K-14″ün işərinə başlayır. 23 aprel 1931-ci ildə Türkiyədən lisenziya ala bilmədiyi üçün Çexoslovakiyaya gedərək həmin lizenziyanı oradan alır.  Türkiyəyə qayıdanda həm xalqı maarifləndirmək, həm də o dövrdə işlədiyi Türk Hava Qurumu adına hədiyyə yığmaq məqsədiylə  turnelər həyata keçirir. Lakin 1931-ci il noyabrın 3-də “Vecihi K-14″ün uçuşuna qadağa qoyulur. 1932-ci il aprelin 21-də Vecihi Hürkuş ilk Türk Vətəndaş Təyyarə Məktəbini yaradır və 2-si qız olmaqla, cəmi 12 şagirdlə 27 sentyabr 1932-ci ildə təhsil və tədrisə başlayır. Türkiyənin ilk qadın pilotu olan Bedriye Gökmen də həmin məktəbdən məzun olub. Nuri Demirağ təyyarə istehsalı üçün Hürkuşa 5000 Türk lirəsi verir. 1933-cü ildə Hürkuş adı Nuri bəy olan “Vecihi K-16” təyyarəsini istehsal edir. Həmçinin eyni ildə təkqanadlı “Vecihi K-15” təyyarə mühərrikindən istifadə edilərək “Vecihi-SK” adlı dəniz qayığı da yaradılır. Türk Hava Qurumu Başçısı Fuad Bulca bəydən aldığı məlumatla Atatürk “Türk Kuşu” adı ilə yeni kampaniya qurun və Vecihidən faydalanın!” əmrini verir. 1937-ci ilə Türk Hava Qurumu Hürkuşu mühəndislik sahəsində təcrübə yığmaq üçün Almaniyadakı Veymar mühəndislik məktəbinə göndərir. Hürkuş 1939-cu ildə diplomunu alsa da, Türkiyəyə qayıdanda “İki ildə mühəndis olmaq olmur” adı ilə təyyarə mühəndisliyi sənədini vermirlər.  Uzun müddət  öz sahəsindən uzaq qalandan sonra 1947-ci ildə “Kanatlılar Cemiyyeti”ni və yenə eyni adla “Kanatlılar” jurnalının redaksiyasını qurur. Lakin əksəriyyəti universitet tələbələrindən ibarət olan qurum çox da irəli gedə bilmir və bağlanır. 1951-ci ildə beş dostu ilə birlikdə “Türk Qanadı” adlı havadan tarla dərmanlayan şirkət qurur. Lakin tərəfdaşları ilə razılaşa bilmədiyi üçün şirkətdən ayrılır. 26 noyabr 1954-cü ildə “Hürkuş Hava Yolları”nı qurur. Amma yenə də qəzalar, təxribat kimi səbəblərə görə şirkət uçuşdan məhrum edilir. Hürkuş həmin dövrdə Ankarada qəza keçirərək komaya düşür. Hürkuş insanın Aya ilk dəfə ayaq basdığı o gün – 16 iyul 1969-ci ildə Gülhanə Hərbi Tibb Akademiyası Xəstəxanasında həyata gözlərini əbədi olaraq yumur. (admiral.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler