Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İlk növbede Rusiya mövqeyini deyişmelidir” -Ferec Quliyev

13 Ekim 2016

8:56 am


13/10/2016 [12:55]: xeber –
Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-də Ermənistana rəsmi səfər edəcək. Səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə həyata keçiriləcək. N.Nazarbayev oktyabrın 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçiriləcək iclasına da qatılacaq.  “İlk növbədə Rusiya mövqeyini dəyişməlidir”Millət vəkili Fərəc Quliyev deyib ki, Nursultan Nazarbayevin müxtəlif vaxtlarda münaqişəyə baxışında Azərbaycanın maraqlarından çıxış edən mövqeləri olub.O, hətta Azərbaycan ərazilərinin işğal faktına görə Ermənistanın Gömrük İttifaqında iştirakının mümkünsüzlüyünü gündəmə gətirib: “Nazarbayevin məsələyə obyektiv baxışı Azərbaycanın maraqlarına uyğundur. Təbii ki, Türkiyə kimi Qazaxıstan da Ermənistandan fərqli olaraq, Azərbaycana bir köynək yaxındır, çalışırlar ki, ədalətli həll olsun. Nazarbayev həm siyasətçi kimi ciddi imicə sahibdir, həm də güclü bir dövlətin başçısıdır. Birmənalı şəkildə Dağlıq Qarabağ münaqişəsi Rusiya tərəfindən yaradıldığı üçün Rusiyaya təsir etmək baxımından da, Qazaxıstanın problemin həllində oynayacağı rol əhəmiyyətlidir. Qazaxıstanda çox sayda rusdilli insanlar yaşayırlar. Həmçinin Rusiya – Qazaxıstan münasibətləri də hazırda yüksək səviyyədədir. Bu baxımdan Nazarbayev Kremlə müəyyən təsirlər edə bilər”.Lakin millət vəkili bütün hallarda belə cəhdlərin, missiyaların effekt verəcəyinə inanmadığını vurğulayıb: “Əgər Rusiyanın mövqeyində səmimiyyət yaranarsa, bu halda hansısa müsbət dönüşdən danışmaq olar. Rusiya ikili oyunlardan imtina edərsə, problemin həllinə mane olmazsa, bu zaman məsələ həllini tapa bilər. Əks halda heç bir cəhd nəticə verməyəcək. Rusiya mövqeyini dəyişmədiyi vaxta qədər, münaqişənin yeganə həll yolu kimi müharibə variantı olacaq”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler