Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlk noutbuk yaradıcılarından biri vefat edib

29 Ağustos 2016

3:28 pm


29/08/2016 [19:26]: xeber –
Dünyanın ilk noutbuk yaradıcılarından biri Con Allenbi avqustun 17-də ABŞ-da vəfat edib. Bu barədə “The New York Times” nəşri 10 gün sonra alimin oğluna istinadən məlumat verib.75 yaşında dünyasını dəyişən C.Allenbinin ölüm səbəbi hələ ki məlum deyil.sayt-ın məlumatına görə, “ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, Böyük Britaniyada anadan olan C.Allenbi 1980-ci illərin əvvəllərində Kaliforniya ştatında “Grid Systems” şirkətini təsis edib.O, konstruktor Uilyam Moqqric ilə birlikdə ixtiraçılar qrupu yaradaraq 1982-ci ildə bazara çıxarılan ilk portativ “Compass” kompüterini hazırlayıb. Kompüterin ilk alıcıları kimi adi istehlakçılar deyil, ABŞ-ın xüsusi təyinatlı qoşunları və xüsusi xidmət orqanları çıxış edib.Belə portativ kompüterlərdən biri 28 yanvar 1986-cı ildə uçuşun 73 saniyəsində partlayan “Challenger” kosmik gəmisinin göyərtəsində olub.Qəza yeddi ekipaj üzvünün həyatına son qoysa da, “Compass” möcüzə nəticəsində salamat qalıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler