Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlk milli bayrağı hazırlayanlar…

09 Kasım 2016

7:44 am


09/11/2016 [11:41]: xeber –
Azərbaycanın üçrəngli bayrağı Sovetlər Birliyi dövründə gizli olaraq insanlarımız tərəfindən yaşadılıb, qorunub və saxlanılıb. 1920-1930 –cu illərdə, 1950-ci illərdə (Qız Qalasında C.Hilaloğlu, Ç.Abdullayevin fədakarlıqlar edib bayrağımızı dağlandırması), sonradan 1980-ci illərdə bu bayrağı sevib yaşadanlar oldu.Aşağıda təqdim etdiyim bu şəxslər də 1988-ci ildə başlayan Xalq Hərəkatımız dövründə ilk dəfə olaraq bayrağımızı tikib, hazırlayıb və meydana gətirilməsini təmin ediblər. Gəlin onlarla tanış olaq:Şahverdiyeva Sura Səfər qızı- 1939-cu ilin oktyabrın 1-də Bakı şəhərində anadan olub. 2012-ci ilin fevralın 16-da rəhmətə gedib. Bakıda Neft-Kimya Proseslər İnstitutunun zavodunda “operator” vəzifəsində işləyib. İlk milli Bayrağımızın rəngli çap formasını oğlu Bəxtiyar Tuncay evə gətirib onlara vermiş və mitinqə aparmaq üçün hazırlamağı tapşırıb. Sura xanım həmin bayrağı üç rəngli parçadan (göy, qırmızı, yaşıl) hazırlamış, ağ ayparanı isə qızı Arzu parçanın üzərinə toxumuşdur.Şahverdiyeva Arzu Adil qızı – Sura xanının qızı. 1970-ci ilin fevralın 2-də Bakıda anadan olub. 1992-ci ildən 2015-ci ilə qədər DİN QBİ-də Dayaq Rabitə Qovşağında “Rabitə Anbar” rəisi vəzifəsində işləyib. Hazırda təqaüdçüdür.Bəxtiyar Tuncay söhbətində bildirdi ki, üç rəngli bayrağımızın şəklini ilk dəfə Ankarada nəşr edilən Azərbaycan Kültür Dərnəyinin nəşr orqanı olan “Azərbaycan” jurnalında gördük və onun əsasında evdə anamla bacım bayrağı tikib hazırladılar.Yaşar Türkazər – 1957 –ci ildə aprel ayının 17-də Bakıda anadan olub.Əslən Güney Azərbaycandandır. Meydan hərəkatında üçrəngli bayrağımızı başı üzərində gəzdirən bu insan müxtəlif təqiblərə məruz qalıb.Həbs edilib, döyülüb və nəhayət polislərin vurduğu zərbə ilə bir gözünün işığını itirib.Lakin onu bu müqəddəs işdən heç bir qorxu hissi ayırmayıb.Yaşar Türkazər 61 yaşındadır və o bayrağı yenə eyni sevgi hissi ilə qoruyub saxlamaqdadır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler