Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlk ixrac missiyası Çine yola düşüb

08 Kasım 2016

11:04 am


08/11/2016 [15:01]: xeber –
İqtisadiyyat Nazirliyi tərəfindən 9-13 noyabr tarixlərində Çin Xalq Respublikasının Honq-Konq Xüsusi İnzibati Ərazisinə və Quancou şəhərinə ilk ixrac missiyası təşkil olunacaq. AZPROMO-nun və Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan şirkətlərin nümayəndələrinin daxil olduğu ixrac missiyası Honq-Konq Xüsusi İnzibati Ərazisində keçirilən “Honq-Konq Şərab və Spirtli İçkilər Sərgisi”ndə və “Quancou Şərab Sərgisi”ndə iştirak edəcək. Səfər zamanı iş adamları arasında ixrac imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr aparılacaq. İxrac missiyası həmçinin, Çin Xalq Respublikasında yerli distributorlarla, potensial müştərilərlə görüşlər keçirəcək, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olacaqlar. Səfər çərçivəsində iş adamları arasında əməkdaşlığa dair sənədlərin imzalanması gözlənilir. Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən Çin Xalq Respublikasının Honq-Konq Xüsusi İnzibati Ərazisinə və Quancou şəhərinə təşkil olunan ixrac missiyalarında iştirak edən şirkətlərin seçilməsi üçün müsabiqə keçirilib və Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan 12 şirkət ixrac missiyasında iştirak etmək hüququ qazanıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler