Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlhame Quliyevanın kömekçisi hebsden buraxılmadı

15 Ağustos 2016

9:00 am


15/08/2016 [12:57]: xeber –
İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.Musavat.com xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsin vəkili Vasif Mirzəyev hüquqlarını müdafiə etdiyi şəxsin barəsində açılmış cinayət işinə xitam verilməsi, ibtidai istintaqa göndərilməsi və M.Hüseynovanın ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıb.Vəsatətlər təmin edilməyib.Proses avqustun 23-nə təxirə salınıb.Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətiimkan tədbirinin müddəti üç ay uzadılıb.Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler