Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlham Eliyeve tesekkur edirik – Gurcu patriarx

01 Aralık 2016

6:52 am

– xeber –
Biz Azərbaycan Prezidenti İlham Əliyevə ölkəmizə xeyirxah dəstəyinə görə təşəkkür edirik.
APA-nın məlumatına görə, bu sözləri Gürcüstan pravoslav kilsəsinin nümayəndəsi, yepiskop Dmitri “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” adlı tədbirdə patriarx İlyanın müraciətini oxuyarkən deyib.
O bildirib ki, qarşılıqlı hörmət iki ölkə xalqları arasında münasibətlərin əsasını təşkil edir:
“Hər iki ölkədə qədim və yeni tikilmiş müxtəlif dinlərə aid abidələrin mövcudluğu bu hörmətin göstəricisidir. Bu baxımdan Qax rayonunda gürcü kilsəsinin və Gürcüstanda Azərbaycanla bağlı məscid və onlarla dini təşkilatın bərpası, fəaliyyəti qeyd edilməlidir. Gürcüstan və Azərbaycan multikultural, multietnik ölkələrdir. Dünyanın müxtəlif region və ölkələrində dini və etnik münaqişələr bizi tez bir zamanda addımlar atmağa, qarşılıqlı anlaşma atmosferi qurmaq baxımından birgə səylər göstərməyə çağırır”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler