Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlham Eliyev bu olke liderlerini tebrik etdi

01 Aralık 2016

2:48 pm

– xeber –
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Əlahəzrət şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu göndərib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Təbrikdə deyilir:
“Əlahəzrət,
Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
***
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət şeyx Məhəmməd bin Rəşid Al Məktuma təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
“Əlahəzrət,
Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
***
Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Bounyanq Volaçitə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Laos xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler