Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İlham Əliyevin Nobel sülh mükafatı ile teltif edilmesi tamamile mümkündür”

28 Haziran 2016

3:24 pm


28/06/2016 [19:22]: xeber –
Məlum olduğu kimi, Türkiyənin
baş naziri Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycan
prezidenti İlham Əliyevin böyük rol oynadığını bildirib. İ.Əliyevin bundan öncə
də dünyada sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində müəyyən
addımlar atdığı, çağırışlar səsləndirdiyi nəzərə alsaq, Azərbaycan
prezidentinin Nobel sülh mükafatı ilə təltif edilməsi mümkündürmü?

Məsələ ilə bağlı
sayt-a açıqlama verən millət vəkili Elman Məmmədov bunun tamamilə
mümkün olduğunu, İ.Əliyevin ən yüksək mükafatlara layiq olduğunu vurğuladı:

“Prezident İlham Əliyevin
Nobel sülh mükafatına layiq görülməsi tamamilə mümkündür. Çox sağ olun ki, gözəl
bir məsələyə toxunmusunuz. Azərbaycan prezidenti apardığı siyasətlə həm ölkə
daxilində, həm də dinlər arasında, millətlər arasında dostluq, qardaşlıq
münasibətini ən yüksək səviyyədə bərqərar edib. 
Tolerantlığı inkişaf etdirib. Eyni zamanda, qeyd etdiyiniz kimi, dünyada
sülhün bərqərar olması üçün davamlı olaraq çağırışlar edir. Türkiyə ilə Rusiya
arasında münasibətlərin gərginləşdiyi ilk günlərdən Azərbaycan prezidenti cənab
İlham Əliyev özünün şəxsi əlaqələrindən, nüfuzundan  istifadə edərək bu dövlətlər, hökumətlər
arasında münasibətlərin normallaşmasına çalışıb. Artıq nəticələr göz
qabağındadır. Buna görə də, qeyd etdiyiniz kimi, gələcəkdə cənab
prezidentimizin mövcud olan ən yüksək mükafatlara, eləcə də Nobel sülh
mükafatına layiq görülməsi çox yaxşı bir hal olar.

Türkiyə-Rusiya və Türkiyə-İsrail
arasında münasibətlərin normallaşmasında həm Azərbaycan prezidentinin rolu var,
həm də  bu dövlətlər arasında münasibətlərin
normallaşması Azərbaycan üçün çox vacibdir və dövlətimizin xeyrinədir”.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler