Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlham Əliyevin müdafie etdiyi Şahtaxtinski kimdir?

21 Eylül 2016

11:24 am


21/09/2016 [15:22]: xeber –
Prezident İlham Əliyev ötən gün Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin üzvləri ilə görüşüb. Görüş zamanı dövlət başçısı avropalı deputatlara ATƏT-in Bakı Ofisinin bağlanmasının gerçək səbəbini açıqlayıb.Dövlət başçısının sözlərinə görə, ATƏT-in Bakı Ofisinin bağlanmasına səbəb Azərbaycanda tanınmış nəslin nümayəndəsi olan Aleksis Şahtaxtinskinin haqsız yerə işdən çıxarılmasıdır.Xatırladaq ki, Şaxtaxtinski ATƏT ofisinin yerli nümayəndəsi, Azərbaycan əsilli Fransa vətəndaşı, Fransanın Xarici İşlər Nazirliyində çalışan yeganə azərbaycanlı idi. Şaxtaxtinski Azərbaycanda cəmi bir il fəaliyyət göstərəndən sonra iş otağında İlham Əliyevlə fotosu olduğuna görə onu daimi komitənin iclasında günahlandıran ABŞ-ın ATƏT-dəki səfiri Baerin ciddi müdaxiləsi nəticəsində işdən azad olunub. Bununla da onun karyerasına son qoyulub, Fransa Xarici İşlər Nazirliyindən çıxarılıb.Prezidentin haqqında danışdığı Şahtaxtinski kimdir?Azərbaycanın tanınmış Şahtaxtinskilər nəslinin nümayəndələrindən olanAleksis Şahtaxtinski (Ələsgər bəy) 1967-ci ilin avqustun 22-də Strasburq şəhərində dünyaya gəlib. Atası Cahangir-Kamal (Jan) Şahtaxtinski Fransa Dənizçilik Akademiyasının zabiti və eyni zamanda professoru olub. Anası Livanda fransız ailəsində böyüyüb.Şahtaxtinskinin babası Azərbaycanda Sovet hökuməti qurulandan sonra əvvəlcə Türkiyəyə, daha sonra isə Fransaya köçüb.Aleksis Şahtaxtinski 1988-ci ildə Nansi II Universitetində Rus dili və Beynəlxalq Hüquq fakültəsində bakalavr təhsili alıb. 1990-cı ildə təhsilini Paris Siyasi Elmlər Məktəbində Beynəlxalq münasibətlər üzrə davam etdirib.O, Sorbonna Universitetinin məzunudur. 1993-cü ildən diplomat kimi fəaliyyətə başlayıb. Şahtaxtinski bir sıra beynəlxalq təşkilatlarda və Fransa hökumətinin diplomatik nümayəndəliklərində çalışıb. Azərbaycan əsilli Aleksis Şahtaxtinski əvvəl Fransa Xarici İşlər Nazirliyinin Siyasətin Planlaşdırılması Mərkəzində fəaliyyət göstərib və Fransanın Avropa məsələləri üzrə nazirinin xüsusi müşaviri vəzifəsində işləyib.Avropada təhlükəsizlik üzrə 20 ildən çox təcrübəyə malik olan peşəkar diplomat Moskvada 90-cı illərdə NATO İnformasiya Ofisinin rəhbəri, Belarus və Tacikistanda müvəqqəti işlər üzrə vəkil vəzifəsində çalışıb.Şahtaxtinski 2010-2013-cü illərdə Krakovda (Polşa) Fransanın baş konsulu vəzifəsində işləyib. O, həmçinin ATƏT-in Bakı Ofisi rəhbərinin müavini olub.1 yanvar 2014-cü ildən 2015-ci ilin iyul ayına kimi ATƏT-in Bakı Ofisinin Layihə əlaqələndiricisi olub. Aleksis dəfələrlə Azərbaycanda olub.1986-cı ildə atası Cahangir-Kamal ilə birlikdə ilk dəfə Bakıya gəlib, yaxın qohumu, tanınmış kimyaçı alim Həbibbulla Şahtaxtinskinin iki ay qonağı olub. 1991-ci ildə Naxçıvana səfər edib, Şahtaxtılar nəslinin doğma yurdu Şahtaxtı kəndinə baş çəkib.Aleksis ümummilli liderimiz dahi şəxsiyyət, Prezident Heydər Əliyevlə həm ölkəmizdə, həm də Fransada bir neçə dəfə görüşüb. Bu görüşlərin onda böyük təəssürat yaratdığını dəfələrlə xüsusi vurğulayıb.Aleksis Şahtaxtinski 6 dildə danışır. Ailəlidir, iki övladı var.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler