Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlham Əliyevin getdiyi yola “HƏ” deyirik…

18 Eylül 2016

7:48 pm


18/09/2016 [23:45]: xeber –
Ekspert qrupumuz Sumqayıt şəhərindəki mərkəzi bazarda və yarmarkada kənd təsərrüfatı məhsulları satan insanlar və alıcılar arasında referendumla  bağlı sorğu keçirdi.  Sorğuda 750 nəfər respondent iştirak etdi. Bunlardan 314 nəfəri satıcı, 436 nəfəri alıcı idi. Respondentlərə aşağıdakı suallarla müraciət etdik:1.Sentyabrın 26-da Respublikamızda keçiriləcək dövləti əhəmiyyətli tədbirin adı nədir? 2. Referenduma gələcəksinizmi? Rəyi soruşulan satıcı respondentlərin 97%-i respublikamızda referendum keçiriləcəyini, 3%-i isə 26 sentyabrda hər hansı mühüm dövlət tədbiri keçiriləcəyi haqqında məlumatları olmadığını dedilər. Alıcı respondentlərin 98%-i respublikamızda referendum keçiriləcəyini, 2%-i isə 26 sentyabrda hər hansı mühüm dövlət tədbiri keçiriləcəyi haqqında məlumatları olmadığını dedilər. Satıcı respondentlərin 85%-i referenduma gələcəklərini, 11%-i referendumda iştirak etməyəcəklərini, 4%-i isə fikirləşərəm deyə cavab verdilər. Alıcı respondentlərin 81%-i referenduma gələcəklərini, 13 faizi referendumda iştirak etməyəcəklərini, 6%-i isə fikirləşərəm deyə cavab verdilər.  Rəyi soruşulan respondentlər maraqlı fikirlər söylədilər. -Biz Prezidentimizin iradəsinə qarşı getmərik. -Prezidentimiz deyibsə ki, referendum olmalıdı, deməli olmalıdı. -İlham Əliyev bilən məsləhətdi. -Allah Prezidentimizin canını sağ eləsin. O, nə desə biz razıyıq. -İlham Əliyevin getdiyi yola hə deyirik…-Xahiş edirik Prezidentimizə  çatdırın ki, biz onun xətrini çox istəyirik. -Arzu edirik Prezidentimiz tezliklə Qarabağı alsın. -Xahiş edirik Prezidentimizə deyin pensiyalarımızı, əməkhaqqlarımızı artırsın.  Sorğuların sonunda ekspert qrupumuzun üzvləri rəyi soruşulan respondentlərin hamısını referenduma gəlməyə çağırırdılar, referendumda iştirak etməyin vacib olduğunu deyirdilər,  sonra onlarla şəkil çəkdirib, xudahafizləşirdilər. Müstəqil Ekspert qrupunun rəhbəri  Prof.Dr. Qüdrət İsaqov


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler