Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlham Əliyevin de qatılacağı NATO zirvesi başlayır – Hedef Rusiya…

08 Temmuz 2016

7:48 am


08/07/2016 [11:47]: xeber –
Azərbaycan prezidenti İlham Əliyevin də iştirak edəcəyi NATO-nun Liderlər Zirvəsi bu gün öz işinə başlayır.sayt  xəbər verir ki, ümumilikdə 28 ölkənin dövlət və hökumət rəhbərlərinin qatılacağı ikigünlük sammitdə NATO-nun Rusiyaya sərt mesajlar verəcəyi gözlənilir.Polşanın paytaxtı Varşavada baş tutacaq zirvədə Ukraynaya müdaxilədən sonra Rusiyanın növbəti hücumlarından qorunmaq üçün 4 min NATO əsgərinin Litva, Latviya, Estoniya və Polşaya yerləşdirilməsi planı, həmçinin İŞİD və dig’r terror təşkilatları ilə mübarizə müzakirə ediləcək.Sammit çərçivəsində 5 işçi sessiyası, həmçinin NATO-Ukrayna və NATO-Gürcüstan komissiyasının iclasları olacaq. Onu da əlavə edək ki, Varşava sammiti NATO-nun Moskva nümayəndə heyətinin iştirakı olmadan keçiriləcək ikinci tamformatlı görüşü olacaq. Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan da sammitdə iştirak etmək Polşanın paytaxtı Varşavaya işgüzar səfərə gediblər.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler