Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İlham Əliyevi tebrik edirem…”

27 Eylül 2016

3:44 pm


27/09/2016 [19:34]: xeber –
Müstəqil Ekspert Qrupumuz sdentyabrın 26-da Sumqayıtın 73, Bakının Binəqədi rayonunda  25 seçki məntəqəsində referendumun gedişini izlədi. Referendumun sonuncu nəticələrini Ekspert Qrupumuzun keçirtdiyi 7 sorğunun nəticələri ilə müqayisə edərək gördük ki, referendumdun nəticələri bizim sorğularımızın nəticələrinə yaxındır. Mətbuat vasitəsilə bəyan etmişdik ki, referendum səssiz-küysüz bir şəraitdə keçəcək. Müsbət nəticələr 80%-in ətrafında olacaq. Həqiqətən də belə oldu. Referendum sakit, səssiz-küysüz bir şəraitdə keçdi. Xalqımiz İlham Əliyevin 7 illik mandatına indidən “HƏ” dediXalqımız İlham Əliyevin gələcək 7 illik Prezidentlik mandatına indidən “HƏ” dedi. Referendumun yüksək nəticələri, xalqımızın məhz İlham Əliyevə görə referenduma gələrək, Konstitusiya dəyişikliklərinə səs verməsi Azərbaycan xalqının prezidentimizə böyük inamının nəticəsində oldu. Xalqımız İlham Əliyevə və onun Yeni Dövlət Modelinə “Hə” dedi. Təbiət də İlham Əliyevin tərəfində olduReferendumdan əvvəl yağan şıdırğı yağışlar dayandı. Gözəl bir gün oldu. Şıdırğı yağışlar olsaydı, məntəqələrə gələnlərin sayı xeyli az olardı. Gözəl günlü hava göstərdi ki, referendum günü təbiət də İlham Əliyevin tərəfində oldu. Prezident İlham Əliyevi təbrik edirəm!Referendumun təbliğat və təşviqat mərhələsində böyük işlər görən, 200 mindən çox seçicini refernduma çağıran,  Müstəqil Ekspert Qrupumuz adından İlham Əliyevi ümumxalq səsverməsində- referendumda xalqımızın yenidən yüksək etimadını qazanması, onun Yeni Dövlət Modelinə xalqımızın “HƏ” deməsi münasibətilə təbrik edirəm. İlham Əliyevə yüksək etimad göstərən Azərbaycan xalqına referendumun xeyirli olması arzularıyla, Müstəqil Ekspert Qrupunun rəhbəri Prof.Dr. Qüdrət İsaqov 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler