Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlham Əliyeve ölkenin “pambıq beyleri”nin kitabını bağladacaq MÜRACİƏT…

27 Ekim 2016

8:16 pm


28/10/2016 [00:13]: xeber –
Ölkə pambıqçılığının “Xaç atası” hesab olunan tanınmış sabirabadlı fermer Əfras Əsgərov növbəti dəfə prezident İlham Əliyevə müraciət edərək təxirəsalınmaz tədbirlər görülməsini xahiş edib:”Hörmətli Prezident!Mən Əfras Əsgərov son 18 ildə fasiləsiz, həm də böyük hektarlarla pambıq əkmişəm. Bu il də qardaşımla birlikdə Sabirabad rayonunun Yolçubəyli və Zəngənə kəndlərində 200 hektara yaxin pambıq əkmişik. Təkcə 10 hektarlıq bir sahəmdən bu günə kimi 43 ton pambıq dərmişəm. Hələ həmin sahədən bundan sonra təqribən 15 ton pambıq dərəcəyəm. Qalan sahələrimizdən də bu günə kimi 20 sentenerdən artıq pambıq dərmişik. Qeyd edim ki, bu günə kimi 2 qardaş birlikdə 300 ton pambıq tədarük etmişik və növbəti il üçün 520 hektar yay şumu etmişik.                          Cənab Prezident, ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı Sizin səylərinizi təqdir edirəm və bütün imkanlarımla Sizin təşəbbüsünüzü dəstəkləyirəm. Xüsusilə də subsidiya kimi pambığın hər kiloqramına görə 10 qəpik verilməsi ilə bağlı son sərəncamınızı aqrar sahənin inkişafı üçün inqilabi addim hesab edirəm. Cənab Prezident, lakin bir pambıqçı kimi çox böyük çətinliklər yaşayırıq. Bizə söz vermələrinə baxmayaraq şirkət rəhbərliyi tərəfindən bizim şum pulumuz ödənilməyib. Ən böyük problemimiz isə min cür əziyyətlə yetişdirdiymiz pambığın 15-20 faiznin şirkət rəhbərliyi tərəfindən əlimizdən alınmasıdır. “ÇTZ AQRO” MMC şirkətinin rəhbəri Arif İbrahimov və “Aqrokredit” səhmdar təşkilatının sədri Mamed Musayevin göstərişləri əsasinda çox böyük əziyyətlə çətin hava şəraitində, yağişa, soyuğa baxmadan fədakarlıqla topladığımız məhsulu nəmlik və zibillik adı altında əlimizdən alırlar.                     Cənab Prezident, əminliklə bildirirəm ki, nə Arif İbrahimov, nə də Mamed Musayev bu ilki təsərrüfat ilində heç 10 hektar da pambıq əkib ortaya çıxara bilməzdilər. Onların pambıqçılıq haqqında hətta ibtidai bilgilərinin belə olmaması bizim üçün böyük problemlər yaradır. Bizdən bir kiloqramını bir butulka Kür çayı suyundan ucuz qiymətə aldıqları pambıqdan belə 15-20 faiz tuturlar.                       Cənab Prezident, şirkət rəhbərləri bu ilki çətin təsərrufat ilində bizə qarşı belə münasibəti fermerlərin əlini işdən soyudur və böyük ümidsizlik yaradır. Odur ki, Sizdən xahiş edirəm bu məsələyə müdaxilə edəsiniz və pambıqla fermerlərin başını kəsən bu kəmfürsətlərdən bizi xilas edəsiniz”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler