Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlham Əliyev tebrik mektubları ünvanlayıb

30 Ağustos 2016

6:28 pm


30/08/2016 [22:27]: xeber –
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malayziyanın XIV Ali Başçısı Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişaha təbrik məktubu göndərib.Təbrik məktubunda deyilir: “Malayziyanın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Malayziya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.Dövlət başçısı həmçinin qırğızıstanlı həmkarı Almazbek Atambayevi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.“Hörmətli Almazbek Şarşenoviç, Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Qırğızıstan xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Əminəm ki, xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik dostluq telləri və xeyirxah ənənələr bundan sonra da Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətlərinin genişlənməsi üçün əsas olacaqdır. Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Qırğızıstan xalqına sülh və firavanlıq diləyirəm”, – məktubda deyilir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler