Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlham Əliyev Sabirabaddadır – Müşavire başa çatıb – YENİLƏNİB

17 Eylül 2016

9:24 am


17/09/2016 [13:21]: xeber –
Azərbaycan  Prezidenti İlham Əliyev sentyabrın 17-də Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq əkini sahəsində olub.sayt  xəbər verir ki, dövlət başçısı pambıqçılarla görüşüb və söhbət edib.***Dövlət başçısı sonra  ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə meydanda və rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.***İham Əliyevin sədrliyi ilə hazırda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir.Dövlət başçısı müşavirədə nitq söyləyir.***Prezidentin nitqindən sonra sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktorunun müavini Bəhruz Camalov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, “CTS Aqro” MMC-nin baş direktor əvəzi Arif İbrahimov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış ediblər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler