Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlham Əliyev nazirliyin Əsasnamesine deyişiklikler etdi

18 Ekim 2016

4:24 pm


18/10/2016 [20:22]: xeber –
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilib.Sənəd Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”ni “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə imzalanıb.Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilib:1. 9.9-cu yarımbəndə “atmosfer havasının” sözlərindən sonra “və yaşıllıqların” sözləri əlavə edilsin.2. Aşağıdakı məzmunda 10.70-1-ci yarımbənd əlavə edilsin:“10.70-1. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatların toplanılmasını və bu məlumatların Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin edir;”.3. 10.83-cü yarımbəndə “meşələrin” sözündən sonra “və digər yaşıllıqların” sözləri əlavə edilsin.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler