Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlham Əliyev Livanın yeni prezidentini tebrik edib

11 Kasım 2016

2:56 pm


11/11/2016 [18:55]: xeber –
Azərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti Mişel Auna təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Livan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Livan əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda birgə səylər göstərəcəyik. Eyni zamanda ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler