Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlham Əliyev fransalı hemkarına başsağlığı verdi

15 Temmuz 2016

7:32 am


15/07/2016 [11:29]: xeber –
Azərbaycan Prezidenti İlham Əliyev fransalı həmkarı Fransua Ollanda Nitse şəhərində törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığı məktubu yollayıb.sayt-ın xəbərinə görə, məktubda deyilir:“Hörmətli cənab Prezident, Nitsa şəhərində törədilmiş dəhşətli terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.Biz bu qəddarlıq əməlindən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler