Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlham Əliyev: “Bu ordeni ona şexsen teqdim edeceyem”

08 Eylül 2016

7:32 pm


08/09/2016 [23:31]: xeber –
Doğrudan da Əziz Əliyev çox görkəmli bir şəxsiyyət idi və ən ağır vaxtlarda o, Dağıstana rəhbərlik edərək Dağıstan xalqını böyük bəladan qurtara bilmişdir. Mən şadam ki, Dağıstanda onun xatirəsi yaşayır.  Bu sözləri Prezident İlham Əliyev “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında iştirakı zamanı Yalama sakini Reyhan Aslanovanın Əziz Əliyevlə bağlı xatırlatmasına cavab verərkən deyib. Prezident vurğulayıb ki, Dağıstan xalqlarını sürgün etmək istəyiblər: “Bildiyiniz kimi, Əziz Əliyev o vaxt sovet hökuməti tərəfindən Dağıstana ezam edilmişdir. O, müharibə illərində Dağıstana rəhbərlik etmişdir. Siz də yaxşı bilirdiniz ki, Dağıstan xalqlarını da digər Şimali Qafqaz xalqları kimi sürgün etmək istəyirdilər. Artıq demək olar ki, qərar da qəbul edilmişdi. Məhz Əziz Əliyevin və digər yoldaşlarının fəaliyyəti, siyasəti nəticəsində buna imkan verilmədi. Dağıstanlılar – həm onu tanıyanlar və onların davamçıları Əziz Əliyevin xatirəsinə çox böyük hörmətlə yanaşırlar. Bu, mənim üçün də çox qiymətlidir. Mən çox şadam ki, bu yaxınlarda Mahaçqalada Əziz Əliyevin abidəsi ucaldılıb. Bu abidə mənim dostum Ramazan Abdulatipovun təşəbbüsü ilə ucaldılıb. Bu abidə Əziz Əliyevin xatirəsinə olan hörmətin əlamətidir. Biz həmişə bir yerdə olmuşuq, yaşamışıq, bir-birimizə kömək göstərmişik, arxa-dayaq olmuşuq. Bu gün də belədir. Yəqin bilirsiniz ki, bu yaxınlarda Ramazan Hacımuradoviçin 70 illik yubileyi qeyd edilirdi və Azərbaycan dövləti onu yüksək ordenlə – “Dostluq” ordeni ilə təltif etdi. Mən gözləyirəm, o, növbəti dəfə Azərbaycana gələndə o ordeni şəxsən özüm ona təqdim edəcəyəm. Çünki doğrudan da bu, çox böyük tarixdir və biz bu tarixi bu gün davam etdiririk, zənginləşdiririk. Bu gün yeni imkanlar açılır”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler