Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlham Əliyev: “Bize valyuta getiren ixrac mehsulları lazımdır”

03 Eylül 2016

7:48 pm


03/09/2016 [23:45]: xeber –
“Keçən il 400 hektarda pambıq əkilmişdisə, bu il 2 min hektarda əkilib, yəni, beş dəfə çox. Proqram üzrə gələn il 7 min hektar sahədə pambıq əkiləcək. Ondan sonra daha da çox. Bu insanlara əlavə maddi imkan yaradacaq, həm məşğulluğu artıracaq, həm də ümumi işimizə bir töhfədir”.Bunu  Salyan şəhərinə Şirvan-Muğan magistral kəmərindən çəkilmiş yeni içməli su xəttinin açılışı zamanı yerli ictimaiyyət nümayəndələri ilə görüşündə  prezident İlham Əliyev deyib. Dövlət başçısı ölkənin  neft gəlirlərinin azaldığını qeyd edib: “Bu, reallıqdır. Neftin qiyməti 3-4 dəfə aşağı düşəndə, bizim valyuta gəlirlərimiz də 3-4 dəfə aşağı düşür.Düzdür, bu gün Azərbaycan bu böhrana davam gətirə bilir. Deyə bilərəm ki, neft hasil edən ölkələrin vəziyyətinə baxsaq görərik ki, Azərbaycan ən yaxşı vəziyyətdədir. Ancaq bununla bərabər, bizə valyuta gətirən ixrac məhsulları lazımdır. Kənd təsərrüfatı məhsulları arasında bu bölgə üçün ən məqbul sahələrdən biri də pambıqçılıqdır”.Prezident İlham Əliyev bildirib ki, 1970-ci illərdə pambıqçılıqda işləyən insanlar yaxşı dolanıblar, yaxşı pul qazanıblar, evlər tikiblər: “Pambıqçılıq indiki mərhələdə də insanlar üçün yeni imkanlar yaradacaq.İnsanların məşğulluğu məsələləri daim diqqət mərkəzində olmalıdır. Biz son 13 il ərzində 1 milyon 300 min yeni iş yeri yaratmışıq. Ancaq bu, daimi proses olmalıdır. Çünki əhali artır, tələbat artır, istehlak artır. Ona görə yeni fabriklər, zavodlar, emal müəssisələri yaradılmalıdır. Hər bir rayon və rayon rəhbərliyi çalışmalıdır ki, öz rayonuna investisiyalar cəlb etsin. İnfrastruktur və sosial infrastruktur layihələrinə dövlət xətti ilə investisiyalar qoyulur və qoyulacaq.Eyni zamanda, kənd təsərrüfatının inkişafı üçün gübrəyə, yanacağa subsidiyalar verilir. Torpaq vergisi istisna olmaqla kəndlilər bütün vergilərdən azaddır. Onlara aqrolizinq yolu ilə texnika verilir. İndi ölkəmizə bir neçə 100 milyon dollar dəyərində yeni texnika gətirilir ki, kəndlilərə verilsin, onlar torpağı əkib-becərsinlər. Dövlət bu istiqamətdə də öz dəstəyini əsirgəmir”. Dövlət başçısı qeyd edib ki, yerli icra orqanları isə çalışmalıdırlar ki, öz rayonlarına yerli və xarici özəl sərmayə gətirsinlər: “Xaricə getmək, orada investorları inandırmaq lazımdır ki, sərmayə qoysunlar. Azərbaycanda kifayət qədər böyük firmalar, şirkətlər var. Onları maraqlandırmaq lazımdır. İndi yerli icra orqanlarının işi bundan ibarətdir. Çünki bir daha demək istəyirəm ki, əsas infrastruktur layihələrinin icrası dövlətin məsuliyyətidir. Bu layihəyə dövlət böyük vəsait ayırıb.Biz son illər ərzində su layihələrinə milyardlarla manat vəsait ayırırıq. Bu layihələr gəlir gətirmir, sırf sosial məna daşıyır. Bir çox ölkələr var ki, pul xərcləməmək üçün bu layihələri icra etmirlər. Buna vəsait xərcləmək istəmirlər, qənaət edirlər. Biz isə sosial layihələri icra edirik. Çünki bu, insanlara lazımdır. Biz bu işləri insanlar üçün yaradırıq, qururuq, ölkəmizi inkişaf etdiririk.Ona görə, yerli icra orqanları da gərək çalışsınlar ki, onların rəhbərlik etdikləri rayonlarda işlər daha sürətlə getsin. Rayonlar arasında çox sağlam rəqabət olmalıdır. Rayon rəhbərliyinə qiymət bu nəticəyə görə veriləcək. Əlbəttə ki, rayonun fəalları, ziyalılar, bütün ictimaiyyət bu işlərdə həmişə olduğu kimi, fəal olmalı və ümumi işimizə töhfə verməlidirlər”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler