Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlham Əliyev Beynelxalq Şahmat Federasiyasının prezidenti ile görüşüb – FOTO

01 Eylül 2016

8:28 pm


02/09/2016 [00:26]: xeber –
Sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov ilə görüşüblər.sayt -ın məlumatına görə, görüşdə Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkil olunduğu bildirilib. Bakı Şahmat Olimpiadasında rekord sayda iştirakçı ölkənin təmsil olunmasının önəmi vurğulanıb. FIDE ilə Azərbaycanın müvafiq qurumları arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib. Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyi qeyd olunub. Azərbaycanın birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın bu sahədə fəaliyyəti xüsusi vurğulanıb. Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən şahmatın sürətlə inkişaf etdiyi diqqətə çatdırılıb, şahmatçılarımızın müxtəlif beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər  qeyd olunub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler