Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İlham Əliyev açıq aydın dedi ki…”

21 Temmuz 2016

11:28 am


21/07/2016 [15:26]: xeber –
Rusiyada yaşayan azərbaycanlılar: “Aktiv Diaspora Azərbaycan prezidentinin vacib strategiyasının bir hissəsidir”Dünya Azərbaycanlılarının 4-cü qurultayından 1 aydan çox vaxt ötsə də tədbirdə baş verənlər Azərbaycanda və diasporalarımızın fəaliyyət göstərdiyi ölkələrdə müzakirə olunmaqdadır. Geopolitika və və beynəlxalq münasibətlər mövzusu hazırda heç bir zaman aktual olmadığı kimi aktualdır.  İlham Əliyevin sərgilədiyi mövqe daxili və xarici siyasətin əsas akçentini müəyyən etdi. Samit Qarabağda vəziyyətin gərginləşməsi fonunda keçirilmişdi. Bunu da nəzərə almamaq mümkün deyil. İlham Əliyev hazırkı dövrdə Azərbaycanlıların həmrəy olmasının vacibliyindən danışıb. O, bildirdi ki, diaspora nümayəndələrinin əsas məqsədi xalqa xidmət etmək olmalıdır. İlham Əliyev gənc nəsilə xüsusi diqqət qayğı olmasını xüsusi vurğuladı. O, həmçinin bildirdi ki, gənclər tarixi vətənləri ilə əlaqəni kəsməməlidilər, Azərbaycan dilini bilməlidirlər. Prezident xaricdə milyonlarla Azərbaycanlının yaşadığını vurğulayıb. İlham Əliyev xaricdə yaşayan azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında önəmli rol oynamalarını istəyib. İlham Əliyev diasporalarla səfirliklərin arasında da sıx əlaqələrin olmasının vacibliyindən danışıb. O, bildirib ki, bu iş diplomatik fəaliyyətin əsas istiqamətlərindən biri olmalıdır. İlham Əliyev xaricdə yaşayan azərbaycanlıların arasında horizantal əlaqələrin olmasının vacibliyindən də danışıb. O, həmçinin xaricdə yaşayan azərbaycanlılar arasında sağlam rəqabətin olmasından danışaraq bunun xeyirli ola biləcəyindən danışıb. İlham Əliyev mətbuatla münasibətlərin inkişaf etdirilməsinin vacibliyindən danışaraq bildirdi ki, dünyanın hansı ölkəsində azərbaycanlılar yaşayırsa onların səsi eşidilməlidir.Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk nümayəndəliyinin rəhbəri İslam Hüseynov qeyd etdi ki, prezident samitdə açıq fikir ifadə edib. İlham Əliyev diasporaların işinin çox vacib olduğunu bildirib. Diasporaların apardığı işlə Azərbaycanın dünyada müsbət imicini formalaşdırmaq mümkündür. Əgər biz Rusiyada qanunlara hörmət edən, aktiv vətəndaş kimi tanınmaq istəyiriksə onda hamımız birləşib birgə fəaliyyət göstərməliyik. İlham Əliyev açıq aydın dedi ki, biz azərbaycanlılar heç zaman başqa dövlətlərin işinə qarışmırıq. Amma bizim həmyerlilərimiz yaşadıqları ölkələrdə özlərinə məxsus yer tutub ölkənin ictimai-siyasi həyatında önəmli şəxslərə çevrildikdən sonra sözsüz ki, Azərbaycanlıların həmin ölkələrə təsiri artmağa başlayır. Biz təkcə paytaxt Moskvada deyil, Rusiyanın digər regionlarında da aktiv fəaliyyətdə olmalıyıq.  Mən böyük mənmuniyyətlə demək istərəm ki, regionlardakı diasporalar böyük işlər görürlər. Onlar prezidentin tapşırığını uğurla həyata keçirirlər. Astarxan, Moskva, Murmansk, İrkutsk, Amursk, Yoraslavol, Svertlovsk, Prem vilayətlərini, Soçi şəhərini və Rusiyanın digər regionlarında olan diasporalarımızın uğurlu siyasətini qeyd etmək istərdim. Diasporanın işləri nəticəsində. Çoxlu sayda sosial mədəni proyektlər həyata keçirilib. Hazırda Ulyanovskda  Azərbaycanla mədəni-iqtisadi əlaqələrin qurulması haqda müzakirələr gedir. Rusiyadakı diasporalarımız prezident İlham Əliyevin tapşırıqlarını həyata keçirmək üçün güclü baza formalaşdırıb. İlham Əliyevin dediklərini həyata keçirmək bizim əsas vəzifəmizdir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler