Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlham Əliyev Qarabağa göre Putine teşekkür eledi…

09 Ağustos 2016
ekindex
7:20 am


09/08/2016 [11:19]: xeber –
Dünən Bakıda ilk dəfə olaraq Azərbaycan, Rusiya və İran prezidentləri – İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani arasında üçtərəfli görüş  keçirilib. Dövlət başçıları bundan öncə ikitərəfli formatda bir araya gəliblər.Öncədən xəbər verildiyi kimi, üçtərəfli görüşdə əsas diqqət nəqliyyat layihələrinə, əsasən də “Şimal-Cənub” dəmiryol xəttinin inşasına yönəldilib. Prezidentlərin Suriya, Əfqanıstan, terrorçuluq və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlərə də toxunacaqları gözlənilirdi. “Üçtərəfli sammitin əsas məqsədi ilk növbədə nəqliyyat sahəsində infrastruktur layihələrini irəli aparmaq imkanlarını araşdırmaqdır”, – deyə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov görüş öncəsi gündəliklə bağlı verdiyi açıqlamada bildirib (virtualorg.az). Onun sözlərinə görə, söhbət ilk növbədə Rəşt (İran)-Astara (Azərbaycan) dəmiryol magistralının tikintisindən gedir. Bu, beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizinin bir hissəsidir. Uşakov xatırladıb ki, bu layihə 2008-ci ildən müzakirə olunur.“Diskussiyalarda Rusiya Dəmir Yolları tərəfindən bəyan edilib ki, şirkət bu layihənin operatoru qismində çıxış edə bilər və buna hazırdır” – Putinin köməkçisi əlavə edib. Bundan əlavə, o, prezidentlərin gündəmində iqtisadi-ticarət sahəsində əməkdaşlığa dair yeni perspektivlərin müzakirəsinin dayandığını da söyləyib. “Əsas diqqət energetika sahəsində əməkdaşlığa yönəldiləcək. Biz hər şeydən əvvəl Xəzərdə neft yataqlarının birgə kəşfiyyatı, işlənməsi və hasilatı ilə bağlı layihələrin reallaşdırılmasına əhəmiyyət veririk” – Uşakov vurğulayıb. Ümumiyyətlə, Kreml rəsmisi üç ölkə liderlərinin görüşündə müzakirə olunası çox məsələnin olduğunu deyib. “Çünki söhbət bir-biri ilə qonşu olan üç ölkədən gedir. Onlar oxşar problemlərlə qarşılaşıb, o cümlədən qlobal iqtisadi böhran, sərhədlərimiz yaxınlığında situasiya, Əfqanıstanla sərhədlər və Yaxın Şərqdə vəziyyət, terrorçuluqla mübarizə və s.” – Putinuin köməkçisi qeyd edib. Bu baxımdan, sammit çərçivəsində regional təhlükəsizlik kontekstində prezidentlərin Qarabağ münaqişəsinin nizamlanmasına da diqqət yetirəcəkləri gözlənilirdi. ***Qeyd edək ki, İran prezidenti bir gün öncədən Bakıda idi. Rusiya prezidenti V.Putin isə dünən günün ikinci yarısında Azərbaycan paytaxtına gəlib. “Kommersant” nəşrinin yazdığına görə, onunla birgə baş nazirin müavini, hərbi sənaye kompleksini kurasiya edən Dmitri Roqozin, xarici işlər naziri Sergey Lavrov, enerji və nəqliyyat nazirləri Aleksandr Novak və Maksim Sokolov, iqtisadiyyat naziri Aleksey Ulyokayev, habelə Rusiya Dəmir Yollarının vitse-prezidenti Aleksandr Mişirinvə “Rosneft”in başçısı İqor Seçinin paytaxtımıza təşrif buyurub ki, bu da iki və üçtərəfli görüşlərin önəmindən xəbər verən məqam sayıla bilər. Putin əvvəlcə azərbaycanlı həmkarı İlham Əliyevlə, sonra isə İran prezidenti Həsən Ruhani ilə görüş keçirib. “Rusiya, Azərbaycan və İran Xəzərdə yeni layihələri müzakirə edə bilər”. Bunu Rusiya prezidenti azərbaycanlı  həmkarı ilə görüşdə bəyan edib. O qeyd edib ki, bu layihələr energetika və nəqliyyat sahələrini əhatə edə bilər. “Üçtərəfli formatda görüşün təşkilinə görə sizə minnətdaram, bu da sizin təşəbbüsünüzdür. Bizim doğrudan da bu formatda müzakirə edəcəyimiz məsələlər var” deyən Putin üçtərəfli formatda iqtisadi-ticarət əlaqələrinin diversifikasiyasını da istisna etməyib.Putin-Əliyev görüşündə ikitərəfli iqtisadi, ticari əlaqələrin mövcud durumu və perspektivləri, əlaqələri daha yüksək səviyyəyə qaldırmaq yolları müzakirə edilib. “Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq strateji tərəfdaşlıq xarakteri alıb. Bu isə əlaqələrin şaxələndirilməsi üçün çox vacibdir” – Kreml başçısı deyib.  Qarabağ mövzusu da əsas diqqət mərkəzində olub. “Rusiya çalışacaq ki, Dağlıq Qarabağ münaqişəsinin kompromisli və tərəflər üçün məqbul həll variantını tapsın”. Bu sözləri də Rusiya lideri Azərbaycan prezidenti ilə görüşdə deyib. O, problemin Azərbaycan və Ermənistan üçün nə qədər ağrılı məsələ olduğunu anladığını bildirib: “Biz çalışacağıq ki, hər iki ölkə kompromisli, lakin hər ikisi üçün məqbul olan həll yolunu tapsın. Bu məsələnin həllində qalib iki ölkənin xalqı olsun, hər iki ölkə hiss eləsin ki, bu çətin məsələni bu günün və gələcək nəslin maraqları çərçivəsində həll edib”.Öz növbəsində İlham Əliyev Rusiya dövlət başçısına Qarabağ nizamlanmasındakı fəal iştiraka görə təşəkkür edib. O, Rusiyanın münaqişənin həllindəki rolunu xüsusi vurğulayıb və xatırladıb ki, iyunda Sankt-Peterburqda keçirilən görüş bu mövzuya həsr olunub. “Bu prosesdə fəal iştirak etdiyinə görə sizə minnətdaram” – Azərbaycanın başçısı bildirib. İlham Əliyev onu da bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin mütəmadi görüşləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərin inkişafına yeni impuls verir. “Beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik, siyasi dialoq, iqtisadi əlaqələr möhkəmlənir”, – deyə o əlavə edib. Azərbaycan prezidenti həmçinin qeyd edib ki, yeni format olan Rusiya, Azərbaycan və İran liderlərinin üçtərəfli görüşü regionda ölkələrin iqtisadi əməkdaşlığının inkişafına və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək.***Daha sonra prezidentlərin üçtərəfli formatda görüşü başlayıb. “Bu gün tarixdə ilk dəfə olaraq üçtərəfli görüş keçirilir. Zirvə görüşündə iştirakına görə İran və Rusiya prezidentlərinə təşəkkür edirəm. Bugünkü görüş yeni əməkdaşlığa təkan verəcək”. APA-nın məlumatına görə, bu barədə prezident İlham Əliyev prezidentlərin üçtərəfli görüşündə deyib. “Ölkələrimizi sıx dostluq münasibətləri bağlayır, ölkələrimiz bir sıra beynəlxalq təşkilatlarda bir-birilərini dəstəkləyirlər. Qonşularımızla dostluq əlaqələri milli maraqlarımıza uyğundur. Hər iki ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”, deyə prezident Əliyev bildirib.Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsində status kvo qəbuledilməzdir: “Uzun illərdir Azərbaycanın ərazi bütövlüyü pozulub, ölkəmizdə 1 milyondan çox qaçqın və köçkün var. BMT-nin 4 qətnaməsində  erməni silahlı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması əksini tapsa da, bu qətnamələr, əfsuslar olsun ki, yerinə yetirilmir”. İlham Əliyev deyib ki, Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq regionda sülhün təmin olunmasına kömək edəcək.Üçtərəfli sammitin yekununa dair birgə Bakı bəyannaməsi qəbul olunub. “RİA Novosti”nin məlumatına görə, Bakı bəyannaməsində deyilir ki, Azərbaycan, Rusiya və İran nəqliyyat infrastrukturunun, o cümlədən “Şimal-Cənub” dəhlizinin inkişafı üçün tədbirlər görəcək. “Tərəflər iqtisadi cəhətdən sərfəli və ətraf mühit üçün ekoloji cəhətdən təhlükəsiz olan nəqliyyat infrastrukturunun yaradılmasına yönələn regional nəqliyyat və rabitə imkanlarının inteqrasiyası üçün səylərini dəstəkləmək niyyətindədir. Tərəflər ”Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi boyunca sərnişin və malların daşınması imkanlarını yaxşılaşdırmaq məqsədilə nəqliyyat-rabitə infrastrukturunun inkişafı üçün effektli addımlar atmaq niyyətindədir”, – deyə sənəddə vurğulanır.Bəyannamədə həmçinin qeyd olunur ki, rəsmi Bakı, Moskva və Tehran “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin effektivliyini artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi ilə bağlı yeni layihələr reallaşdırmaq niyyətindədir. Bundan əlavə, Tehran, Bakı və Moskva terrorizm və narkotrafikə qarşı mübarizədə beynəlxalq birliyə əməkdaşlıq təklifi edir. “Tərəflər narkotik ticarətinə, terrorizmə, ekstremizmə, qanunsuz silah ticarətinə, insan alverinə və kibercinayətə qarşı mübarizə aparmağa qərarlıdır”, – deyə bəyannamədə daha sonra deyilir. Bundan başqa, “tərəflər terrorizmi onun bütün formalarında pisləyir və effektiv əməkdaşlıq üçün ikitərəfli və üçtərəfli  fikir mübadiləsinə çağırış edir. Regionda həll olunmamış münaqişələr əməkdaşlığa mane olur. Buna görə həmin münaqişələrin beynəlxalq normalar və prinsiplər əsasında qısa müddətə nizamlanması vacib bilinir”.Bəyannaməyə görə, tərəflər viza rejiminin sadələşdirilməsi, biznes, turizm və mədəniyyət sahəsində intensiv əməkdaşlıq etmək barədə razılıq əldə edir. Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti üçtərəfli görüşünün İranda keçirilməsi qərara alınıb.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler