Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İlahiyyatçı alim ADP sedrinin “Qurani-Kerim”le bağlı son açıqlamasını şerh etdi

29 Temmuz 2016

8:36 pm


30/07/2016 [00:34]: xeber –
ADP sədri Sərdar Cəlaloğlu mətbuata açıqlamasında Qurani-Kərimlə bağlı apardığı araşdırma ilə əlaqədar maraqlı fikirlər bildirib. Qurani-Kərimdəki 50-yə yaxın kodu açdığını bildirən partiya sədri, bunun üçün ona 3 ilə qədər vaxt lazım gəldiyini bildirib. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov sayt-a açıqlamasında Sərdar Cəlaloğlunun fikirlərinə şərh verib:“Son günlərdə Qurana qarşı Quranda və Peyğəmbərin metodunda olmayan ifadələr işlədilir. Bu ifadələrdən biri də Quranın şifrəli olması anlayışını verib, daha sonra özünü həmin şifrələri açan alim kimi təqdim etməkdir. Əslində Qurani Kərimdə açıq – aşkar ayələr vardır. Bir də mütaşabeh ayələr vardır. Mütaşabeh ayələr o ayələrə deyilir ki, onun mənasını anlamaq qeyri mümkündür. Açıq deyildir. Allah təala Qurani Kərimdə buna işarə edir və bildirir ki, qəlbində əyrilik olanlar belə ayələrin üzərində dayanaraq özlərindən fərqli yorumlar gətirərlər. Möhkəm və mütəşabeh ayələri də öz məhdud ağıl və məntiqimizlə yorumlamaq və ya buna cəhd etmək əsla düzgün deyildir. Ayələrin möhkəm və mütəşabehliyi mövzusunda Quranda bu ayələr mövcuddur: 1. Hud surəsini 1-ci ayəsində belə buyurulur: “Əlif, ləm, ra (bu) elə bir kitabdır ki, ayələri hikmət sahibi və hər şeydən xəbəri olan (Allah) tərəfindən möhkəm təsbit edilmiş, sonra isə müfəssəl aydınlaşdırılmışdır”. Bu ayəyə görə Quran başdan sona qədər möhkəm ayələrdən ibarətdir. 2. Zümər surəsinin 23-cü “Allah sözün ən gözəlini (Quranı) ayələri bir-birinə bənzəyən, hökmləri qarşılıqlı (cəza – mükafat) olan kitab şəklində nazil etmişdir.…” ayəsinə görə isə Quran tamamilə mütəşabehdir. 3. Ali İmran surəsinin 7-ci “Kitabı sənə nazil edən Odur. Orada qəti mənalı (möhkəm) ayələr vardır ki, onlar Kitabın əsasıdır. Başqa ayələr isə oxşar mənalıdır (mütəşabehdir)…” ayəsinə görə isə Quran ayələrinin bir qismi möhkəm, digər bir qismi isə mütəşabehdir. İlk baxışda burada bir ziddiyətin olduğu qənaətinə vararıq. Ancaq diqqətlə incələdikdə görərik ki, Hud surəsindəki “möhkəm” sözü pozulmaqdan uzaq, sağlam və sonsuz hikmətləri ehtiva etmək mənasını daşıyır. Quranın başdan sona qədər mütəşabeh olduğunu göstərən Zümər surəsinin 23-cü ayəsi də ayələrin bəlağət, fəsahət və ecaz yönləri ilə bir-birinə bənzədikləri mənasındadır. Ali İmran surəsinin 7-ci ayəsinə gəlincə, bu ayə termin mənasında Quranın bir hissəsinin möhkəm, bir hissəsinin də mütəşabeh olduğunu ifadə edir. Quranda olan möhkəm ayələrə aid çox misallar vermək mümkündür. Bunlardan birində Allah təala belə buyurur ki, “…Olacağına şübhə edilməyən bir gündə (qiyamətdə) bütün insanları (bir yerə) toplayacaq. Allah Öz vədəsindən əsla dönməz!” (Ali-İmran (İmran ailəsi) surəsi, 9). Allah təala bir çox möhkəm Quran ayələrində bizləri bir yerə toplamasını, toplayacağını xəbər vermişdir. Möhkəm ayələr dedikdə Quranda mənası və ifadəsi açıq-aşkar olan ayələr qəsd olunur. Möhkəm ayələr Quranın anası adlandırılır. Qeyd etdiyimiz ayə mənası düzgün başa düşülən ayədir. Burada uca Allah insanları bir yerə toplayacağını bizə xəbər verir. Hər bir insan Qiyamət günü dirildilib Allahın hüzuruna gətiriləcək. Özü ilə bərabər etdiyi bütün savabları, günahları da gətiriləcək. Yaşayan hər bir insan bunu təsdiq etməli, təsdiq etdikdən sonra özünü islah etməyə başlamalı və Allaha tərəf addım atmalıdır. Allaha tərəf addım atmaq demək Allahın nemətlərinin Allhdan olmağını etiraf etmək, imanını artıracaq xeyirli əməllərə yönəlmək deməkdir. Bu sadəcə kiçik bir misaldır. Bu səbəblə hər kəs Quranda hansısa şifrəni açdığını deyirsə o insanları aldatdığına əmin olmasın. Çünki, Quranda bağlı olan heç bir şifrə yoxdur. Qurani Kərimin bir çox ayələrində dinin tamamlandığı, islam dininin mükəmməl din olduğu, artıq bütün məsələlərə aydınlıq gətirildiyi bildirilmişdir. Dediklərimizə aid kifayət qədər ayələri misal gətirmək mümkündür. Ancaq Quranın qəribəlikləri saysız-hesabsızır. Çünki, Quranı oxuduqca insan yeni fikirlər əldə edir. Qəlbdə müxtəlif hallar baş verir. Qurani Kərimi oxuyub anladıqca, hər bir ayənin üzərində dayanıb düşündükcə insan yeni bilgilər və anlayışlar əldə edir. Bu baxımdan məsələyə yanaşdıqda bir şəxsin mən Quranda müəyyən məlumatlar əldə etmişəm deməsi daha doğru olardı. Çünki, Quran insana müəyyən mənada kifayət qədər elm, bilik verir.”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler