Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İlahi qüvveler elimin, ayağımın sarıqlarını açdı….” – MÖCÜZƏ

29 Temmuz 2016

3:32 pm


29/07/2016 [19:29]: xeber –
«Həqiqətən, iman gətirib, yaxşı işlər görənlər üçün Rəhman ürəklərdə bir sevgi yaradacaq. (Allah həm özü onları dost tutacaq, həm də onların məhəbbətini hamının, o cümlədən möminlərin qəlbinə salacaqdır)”. “Quran”, «Məryəm» surəsi, 96-cı ayə.Allahın sevdiyi və möminlərə sevdirdiyi dostlarından biri də böyük övliya Əhməd əfəndi babadır.  O, XIX əsrdə indiki Ucar rayonunun Ramal kəndində yaşayıb. Allahın bəxş etdiyi kəramət sayəsində həm sağlığında, həm də ölümündən sonra (qəbri) ziyarətgaha çevrilib. Biz də bu mübarək şəxsi ziyarət məqsədi ilə Ramal kəndinə gəldik. Neçə əsrlər keçməsinə baxmayaraq bu gün də insanlar Allaha etdiyi dualarda Əhməd əfəndini vəsilə tuturlar və dualarının bir çox hallarda qəbul edilməsi övliyanın qəbrinin və yaşadığı evin daimi ziyarət olunmasına səbəb olur.Deyilənə görə günorta namazı vaxtı Əhməd əfəndi baba həyətindəki bağa girərmiş və burada bir müddət görünməz olarmış. Həyat yoldaşı ora-bura baxsa da ərini görə bilməzmiş. Bir azdan görərmiş ki, Əfəndi baba bağdan gəlir. Bir gün qadın uşaqlardan birini tovlayıb ərini pusmağı tapşırır ki, gör kişi namazını harada qılır. Bir azdan uşaq həyəcanlı halda qayıdıb gəlir ki, atam əsasını yerə vurdu, əsa qaldı orada, amma, özü yox oldu.Aradan bir az keçəndən sonra, görürlər Əhməd əfəndi baba gəlir. Arvadı soruşur ki, ay kişi, haradaydın,  başmağındakı bu qar nədi bu vaxtı? Əhməd baba duruxur və sirri açıldığına görə hirslənir. Deyir sizi kor olasınız, gərək mənim arxamca baxasınız?!Deyilənə görə həmin gündən babamın arvadının və uşağının gözündə şikəstlik yaranır. Maraqlıdır ki, həmin nəslin bugünkü nümayəndələrində də bu problem zaman-zaman özünü büruzə verməkdədir. Onlar bunu babalarının o vaxtkı  qəzəbi ilə əlaqələndirirlər.Mələklər Əhməd əfəndi  babanı ziyarət edirdilərRamal kəndində olarkən Əhməd əfəndi ilə bağlı çoxlu maraqlı söhbətlər eşitdim. Belə söhbətlərdən birini Ramal kənd məscidinin əfəndisi Hacı Sahib danışır:- Bir gecə yatağımda uzanmışdım, nə qədər çalışdım gözümə yuxu getmədi. Gecə yarı durub dəstəmaz alıb namaz qıldım. Namazdan sonra pəncərənin qabağında dayanıb səmaya baxırdım. Birdən gördüm ki, Əhməd əfəndi babanın qəbrinin üstünə göydən işıq zolağı düşüb. Sanki ulduzlar üç şaquli xətt boyunca düzülüb heyrətamiz mənzərə yaratmışdılar. Bu xəttlərin bir ucu göydə, bir ucu da Əhməd əfəndi babanın qəbrinin üstündə idi. Ətraf nura boyanmışdı. Ulduzlar elektrik lampası kimi düzülüb, ətrafa işıq saçırdılar. Sonra fikirləşdim ki, ulduz belə balaca-balaca olmaz, yəqin bu mələklərdir ki, qüdrəti–İlahi ilə nur saçırlar. Birdən ağlıma gəldi ki, bəlkə bu görünənlər heç yoxdur, mənim gözümə illüziya kimi görünür və yaxud, bəlkə mən qızdırmalıyam? Odur ki, əmin olmaq üçün qonşu otaqda yatan anamla bacımı çağırdım. Onlar gələndə dedim ziyarətgah tərəfə baxın görün nə görürsünüz? Heyrət içində dedilər: «Ulduzlar zolaq kimi düzülüblər Əhməd əfəndinin qəbrinin üstünə. Üç xətt boyunca düzülüblər». Bundan sonra əmin oldum ki, gördüyum möcüzə illuziya deyil,  həqiqətdir.Əhməd əfəndi baba xəstəxanada dadıma yetdiNövbəti müsahibim Abdullayev İsax İbniyamən oğlu  (hazırda Bakıda yaşayan Ramal kənd sakini) başına gələn hadisəni belə nəql edir:- Zavodda işləyərkən istehsalat qəzası baş vermiş, üstümə dəmir düşmüşdü. Qolum, qıçım, daxili orqanlarım, qabırğalarım əzilmiş, sınmışdı. Sağ ayağım isə, tamamilə qıçımdan aralanmışdı. Həkimlər ayağımı kəsməyi planlaşdırırdılar. Yataqdan qalxa bilmirdim. Bir neçə ay idi ki, dəhşətli ağrıdan yata bilmirdim, özümə ölüm arzulayırdım. Bir gecə məni yuxu apardı. Yuxuda gördüm qapı açıldı, iki nəfər içəri girdi. Qabaqda gələn ağ paltarlı, ağ saqqallı, ağ saçlı nurani bir kişi idi, onu tanımırdım. Arxasınca gələni tanıdım ki, rəhmətlik Molla Mecid babamdır. Qabaqda gələn kişi yanımda dayanıb dedi mən sənin Əhməd əfəndi babanam, nə olub sənə?Dedim Baba, görürsən də, vəziyyətimi, neçə aydı ağrıdan yata bilmirəm. Başıma gələnləri olduğu kimi babama danışdım.Sözümü qurtaranda Əhməd Əfəndi baba üstümdəki ağ mələfəni götürüb qoydu qırağa. Yaralarıma baxıb, qıraqda Molla Mecid babamla nə isə danışdı. Sanki, həkim kimi məsləhətləşirdilər. Sonra yanıma gəlib, əlini üç dəfə başımdan ayağımadək çəkib dedi: “Qorxma, sənə heç nə olmayacaq, anadan olduğun kimi, durub gəzəcəksən”.Bu anda bədənim ani olaraq alovlanan kimi oldu.  Sanki, bədənimdən elektrik cərəyanı keçdi.  Sonra gördüm ayağımın qırılan yerinə elə bil köz basıldı, alışıb yanır. Elə bil qırılan dəmiri qaynaq edirdilər. Bu anda ağrının – daha doğrusu yanğının şiddətindən yuxudan ayıldım. Qışqırığıma, tibb bacıları gəldi. Dedim üstümü açın, alışıb yanıram. Üstümü açanda gördülər barmaqlarım tərpənir. Ona qədər barmaqlarım tərpənməmişdi, həkimlər həmin ayağımı kəsmək istəyirdilər.Tibb bacıları heyrət içində baxdıqları vaxt, onların gözünün  qabağında ayaqlarımda nə qədər mil vardısa hamısı hansısa bir qüvvənin təsiriylə çıxıb töküldü yerə. Ayaqlarımdan daşlar asmışdılar, onlar da qırılıb töküldü yerə. Həkimi çağırdılar, o da heyrətləndi ki, bu nə işdi belə, mən ömrümdə belə hadisə görməmişəm. Həkim dedi bunun əlin, ayağın sarıyın çarpayıya. Sarıdılar, amma, qurtaran kimi, məni hansısa qüvvə silkələyirdi, o saat da əl-ayağımdakı kəndirlər qırılıb tökülürdü yerə. Bu hal üç dəfə təkrar olundu, hər üçündə kəndirlər qırılıb yerə töküldü. Daha sarımadılar. Sonra qeyri-adi bir qüvvə başladı məni idman elətdirməyə. Qolumu, qılçamı büküb – açırdı. Neçə aylardı ki, onları tərpətməmişdim. İndi bükülüb, açıldıqca, şak-şak edirdi… Beləcə, bir neçə gündən sonra mən yeriməyə başladım. İlahinin qüdrəti və Əhməd əfəndi əabanın kəramətiylə bədənimin bütün sınan, əzilən hissələri bir neçə günün içində bitişib, anadangəlmə kimi oldu.Müsahibimin danışdığı bu əhvalat yadıma Mövlananın tələbələrinə vəsiyyətini saldı:Mövlana Cəlaləddin Rumi vəfatından əvvəl tələbələrini topladı, şəfqətlə onlara baxdı və:- Vəfatımdan sonra pərişan və hüzursuz olacaqsınız deyə düşünməyin. Hansı halda olursunuz olun, mənimlə olun! Məni xatırlayın, Allahın izni ilə üzümü sizə göstərər, maddi və mənəvi yardımlar edərəm. Quruda və dənizdə Allahın izni ilə yardımınıza çataram. Sözlərimi yaxşı dinləyin! Sizə bəzi tövsiyələr edəcəyəm. Bunları eşidənlər eşitməyənlərə söyləsin! Gizli və aşkar Allahdan qorxun! Günahlardan çəkinin! Az yeyib, az yatıb, az danışın! Çox oruc tutun! Zamanınızı namaz qılaraq dəyərləndirin! Şəhvəti tərk edib, səfeh və cahillərlə mücadilə etməyin! Onlarla oturub-durmayın! Onları özünüzə həmsöhbət etməyin. Daima yaxşı insanlarla bərabər olun! Ya xeyirli danışın, ya da susun! İnsanların sıxıntılarına səbr edin və bilin ki, insanların ən xeyirlisi insanlara ən faydalı olandır.Mövlanənin bu vəsiyyəti bu gün də öz aktuallığını itirməmişdir. Təcrübə göstərir ki, Allahın vəli qullarını sevən, onlara inanan şəxslər onların ölümündən sonra da kəramətlərindən faydalana bilirlər. Çünki, insan cismən ölsə də ruhən daim sağdır. Əgər o, sağlığında duaları və əməlləriylə insanların dadına çatıbdırsa, dünyasın (məkanın) dəyişəndən sonar da çata bilir. Allah bizləri Öz bərəkətindən və övliyaların xeyir-duasından məhrum etməsin. Amin.Paşa Yaqub – tədqiqatçı-yazıçıUcar – Bakı.Yazarın arxivi: http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler