Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İkinci vitse-prezident olmaq isterdim” – Yozulmayan yuxular…

28 Eylül 2016
5:48 am


28/09/2016 [09:46]: xeber –
“Avesta” Konserninin prezidenti Hacı İbrahim Nehrəmli ailə üzvləri ilə bərabər konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar Azərbaycanda keçirilən ümumxalq səsverməsində (referendum) iştirak edib.Hacı İbrahim və onun ailə üzvləri – xanımı və 2 oğlu Bilgəh qəsəbəsində yerləşən 28 saylı Sabunçu üçüncü seçki dairəsinin 18 saylı seçki məntəqəsində səs veriblər. Prosesin ən maraqlı cəhəti isə onun məntəqəyə gül çələngi ilə gəlməsi olub. – İbrahim bəy, səsverməyə bu cür qatılmaq öz ideyanız idi, ya piar menecerlərinizin tövsiyəsi ilə belə etdiniz? – Mən hər bir hadisəyə qeyri-adi münasibət göstərirəm. İçimdən gəldi ki, bahalı maşınımı – “Rolls Royce” – sürüm, həyat yoldaşımı və uşaqlarımı da götürüm, gedək ailəlikcə, bir yerdə səs verək. İstədim ki, hamıdan fərqli olsun. Referendum, konstitusiya Azərbaycan üçün çox vacibdir. Ölkəmiz üçün vacib olan başqa bir məqam isə onun sabitliyidir. Stabillik olan yerdə pul da olur, yaxşı yaşayış da. Nəticədə ölkədə turizm də inkişaf edir, ölkədə xarici investisiya dövriyyəsi artır ki, bu da çox müsbət haldır. Ona görə də prezidentimizə bu səlahiyyətləri vermək çox lazımlı addımdır. Mən bunu ilk gündən alqışlayırdım. Ona görə də ürəklə getdim, gül çələngimi də apardım özümlə. – Gül çələngini kimə verdiz içəridə? – Konkret kiməsə vermədim ki. Dedim ki, salam, güllə gəlmişəm, olarmı? Dedilər, buyurun, elə bir qanun yoxdur ki, siz içəri gül çələngi ilə girə bilməzsiniz. Mən də çələngi götürüb girdim içəri, qoydum ordakı guşənin qabağına. Dedim ki, bu gözəl güllərə baxa-baxa seçkini keçirin, səsləri sayın, hesablayın, ovqatınız xoş olsun. – Yəni bunun məntiqi nə idi ki?  – İçəri girən hər bir kəs bu gülləri görüb, əhval-ruhiyyəsini yaxşılaşdırsın. Məntiq bu idi. Amma yaxşı bir səsvermə idi. Şəffaf, ədalətli… Səs vermək istəyirsən? Al bülletenini, gir içəri, səsini ver. Bir adama yaxınlaşıb söz deyən yox idi. – Maşını da özünüz sürüb gəlmişdiz seçkiyə? – Xeyr. Sürücüm, köməkçim vardı. Arxamda da oğullarım, xanımım maşınla gəlirdilər. Dörd maşınla getmişdik. Hərə öz maşını ilə gəlmişdi seçkiyə. – Bu mənzərə ilə mesaj vermək istəyirdiz ki, bankrot olmamısız?  Image result for Hacı İbrahim seçkiyə- (Gülür) Əsla… Mən niyə bankrot olum ki? Bu gün Maliyyə Nazirliyinin hesabatlarına görə, mənim 2 milyard dəyərində əmlakım var. Əslində mən milyarderəm, amma tam rəsmiləşdirməmişik. Azərbaycanda iş adamı olaraq rüşvətsiz, öz ağlımla, zəhmətimlə özümə o sərvəti toplaya bilmişəm. Təkcə Xəzər adalarının 1 milyard 251 milyon 35 min 500 manat dəyəri var. – Amma Xəzər adalarını sata bilmirsiz də.. – Niyə satıram ki? Xəzər adaları üçün oktyabr ayında investorların hamısı gələcək. 6 investor gələcək, görüşəcəyik, noyabr ayında işə başlayacağıq. – Hazırda Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin məhkəməsi gedir. Sizin də o banka 400 milyon manat borcunuz vardı… – Artıq yoxdur. Aqrokredit Banka keçmişəm, ilbəil ödəmələrimi edirəm. Mənim kreditlərim 2019-2020-ci ilə qədərdir. Onları da yavaş-yavaş ödəyəcəm. Yəni mənim heç bir bank ödəməsində gecikməm yoxdur, heç bir banka da ödənməmiş borcum yoxdur. – Yəni sizi Cahangir Hacıyevin məhkəməsinə şahid, zərərçəkmiş qismində çağırmayacaqlar? – Xeyr. Mənim cinayət işim olmadı axı. Mənim kreditlərimin vaxtı keçməmişdi. Mənim cəmi 1 milyon 350 min manat vaxtı keçmiş kreditim vardı. Gedib 1 milyon 500 min manat ödədim. – Cahangir Hacıyevin məhkəməsini izləyə bilirsiz? – İzləyirəm. – Orda Cahangir Hacıyev bəyanat verir ki, “Samir Şərifov da mənimlə birgə müttəhimlər kürsüsündə oturmalıdır”. Siz prosesləri bilən adamsız. Nə dərəcədə doğru çağırışdır? – O, Cahangir Hacıyevin öz işidir. Bu, onların daxili mətbəxi idi. Mən də o mətbəxi bilmirdim. Ona görə də indi fikir bildirib, müdaxilə edə bilmərəm. Amma bircə onu deyə bilərəm ki, Beynəlxalq Bank hamımızı “vurdu”. Təkcə Beynəlxalq Bankın yox, bütün bank sisteminin bir problemi var: Azərbaycanda bank sistemi öz öhdəliklərini yerinə yetirmir. Azərbaycanlı iş adamlarının bu gün yaşadığı bütün problemlərin başında banklar dayanır. Əlbəttə ki, burda maliyyə naziri də məsuliyyət daşıyır, başqaları da. Çünki onlar nəzarət etməlidirlər ki, banklar öz öhdəliklərini yerinə yetirsinlər. Onlara bunu söyləyən yoxdur. Məsələn, bank gəlib səndən 100 milyonluq obyekti girov götürür. Deyir ki, 80 milyon verməliyəm bunun əvəzində. Amma gətirib 8 milyon verir, sonra da pul vermir. Sən də gəlib deyirsən ki, qardaş, mən beton tökdürmüşəm, işim yarımçıq qalıb, nə edim? Deyir, gəl borcunu ödə. Ödəyə bilmirsən. O da ilin axırında gəlib sənə deyir ki, 2 milyon borcun yaranıb, gəl sənə kredit ayırım. Sonra da yazır ki, Hacı İbrahim 2 milyon ödədi. Bununla da sənin 10 milyon borcun oldu. O biri il yenə 2 milyon ayırır. Belə-belə sənin borcun artan silsilə şəklində gedir. Amma bu, iş adamını bankrot etdirmək, evini yıxmaq deməkdir. Axırda da aparıb onu cinayətkar gününə salır, üstünə maddə qoyurlar ki, sən dələduzluq etmisən, qanunu pozmusan. – Sizcə, indiki mərhələdə bu problem həll olunubmu?- Xeyr, Azərbaycanda bank sistemi düzəlməyib, düzəlməyəcək də. İnanmıram ki, hansısa bank gəlib deyə ki, mən öz öhdəliyimi yerinə yetirəcəm. Hələ bizdə o mədəniyyət inkişaf etməyib. Ona görə də banklarımız pis vəziyyətdədir. Onların iş adamına yanaşma tərzi düz deyil. Məmura yanaşma tərzi belədir ki, əgər o, rüşvət alırsa, banditdirsə, oğrudursa, çox ağıllı adamdır. Amma iş adamıdırsa, banditdir, oğrudur, quldurdur. Bu cür baxışla iş adamı ölkədə heç cür inkişaf edə bilməz. – Bir iş adamı olaraq yaşadığınız bu problemlə bağlı dövlət başçısına müraciət etmək fikriniz varmı? – Ölkə rəhbərliyi təkdir. Nə qədər adamı tutsun, cəzalandırsın? Biz ölkə rəhbərliyinə yardım etməliyik. Düşünürəm ki, bu referendumdan sonra çox adam ağıllanar, ağlını başına yığar, məsuliyyət hiss edər. – Referendumdan sonra 3 vitse-prezidentin olacağı gözlənilir. O 3 nəfərin arasında kimləri görmək istəyərdiz? – Birinci vitse-prezident yox, amma ikinci vitse-prezident olmaq istərdim. İş adamı kimi. – Bəs birinci vitse-prezident olaraq kimi görmək istəyərdiz? – O, mənim işim deyil. Cənab prezident kimi qoymaq istəsə, biz də onu dəstəkləyəcəyik. Amma vitse-prezidentlərdən birini iş adamlarından seçsəydilər, yaxşı olardı. Bununla da ölkədəki iş adamları özlərinə bir güvən tapardılar. Çünki bu halda onların qayğılarını, problemlərini prezidentə birbaşa çatdıran biri olacaq, onlar barəsində yanlış rəy çatdırmayacaq, yalan məlumat verməyəcəklər. – Vitse-prezident olsanız, öncə hansı işləri görər, hansı islahatları edərsiniz? – Cənab prezident qarşıma hansı vəzifəni qoysa, onu layiqincə yerinə yetirərdim. Bununla da həm cənab prezidentin, həm xalqın, həm də iş adamlarının etimadını doğruldardım. Əslində mən bu vəzifəni istəmirəm. Sadəcə, vitse-prezidentlərdən biri iş adamı olsun ki, iş adamlarına dəstək olsun. (musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler