Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İki peyğemberin görüşü ve onların arasındakı dialoq…

04 Eylül 2016

12:16 pm


04/09/2016 [16:14]: xeber –
Azərbaycan xalqının müqəddəs tapınaq yeri kimi üz tutduğu məkanlardan biri də Xızır Zində piridir.  Bu pir Bakı-Quba şosse yolunun solunda, Siyəzən rayonu ərazisində, Beşbarmaq dağında yerləşir. Bu yer xalq arasında Xızır Peyğəmbərin məqamı kimi qəbul olunur. Belə ki, Xızır əlehissəlamı yad etmək istəyənlər və dualarında onu vəsilə tutmaq istəyənlər bura üz tuturlar. Biz də öz növbəmizdə buranın tarixini və hikmətlərini öyrənmək və moderator.az-ın oxucularına ətraflı məlumat vermək üçün Xızır ocağına üz tutduq.Beşbarmaq dağında bu günə qədər qalan qədim tikililərin qalıqları, həmçinin mağaralar onu deməyə əsas verir ki, bu inanc əsrlərin sınağından çıxaraq, bu günümüzə gəlib çatmışdır. Yəni, bizim əcdadlarımız da bu məkanı müqəddəs tutmuş, sevə-sevə ziyarət etmiş və ibadət məqsədi ilə burada məscid inşa etmişlər. Zində sözü ərəbcə diri mənasını bildirdiyindən, Xızır Zində sözü də Diri Xızır kimi tərcümə olunur.Qurandan və Peyğəmbərin hədislərindən bizə məlumdur ki, yüksəkliklərdən edilən dualar Allah dərgahında tez qəbul edilir. Musa Peyğəmbərin Tur dağına, Məhəmməd əleyhissəlamın Hira dağındakı mağaraya çəkilməsi də məhz bununla əlaqədar idi. Bu mənada Xızır Peyğəmbərin də Beşbarmaq dağını və buradakı mağaranı özünə ibadət yeri seçməsində bir qanunauyğunluq vardır. Təsadüfü deyildir ki, Xızır Peyğəmbər haqqında Quranın məhz “Mağara” (18) surəsində xəbər verilir. Burada deyilir ki, Musa Peyğəmbər batini (ləduni) elmi öyrənmək üçün Allahdan bu elmə malik olan Xızır Peyğəmbəri ona yetirməsini diləyir. Rəbbim onun duasını qəbul edərək, Xızır əleyhissəlamın yerini nişan verir. İki peyğəmbərin görüşü və onların arasında olan dialoq çox maraqlıdır. Belə ki, Həzrət Musa lədun elmini öyrənmək üçün Xızır Peyğəmbərə şagird olmaq istəyini bildirir. Xızır əleyhissəlam etiraz edərək bildirir ki, sən ancaq zahiri elmi bildiyindən, mənimlə yoldaşlıq etməyə səbrin çatmaz, mənim gördüyüm işlərə dözə bilmərsən. Musa Peyğəmbər təkid edərək, onun heç bir əmrindən çıxmayacağına, heç bir işinə mane olmayacağına söz versə də, sonadək dözə bilmir və onlar yarı yolda ayrılmalı olurlar. Bu ibrətamiz əhvalat Quranın “Mağara” (18) surəsinin 60-82-ci ayələrində belə təsvir olunur:“Yadına sal ki, bir zaman Musa öz gənc dostuna (xidmətində olan Yuşə ibn Nuna) belə demişdi: “Mən (Xızırla görüşmək üçün) iki dənizin qovuşduğu yerə çatmayınca və uzun müddət gəzib dolanmayınca geri dönməyəcəyəm!”“Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda yeməyə götürdükləri balığı unutmuşdular, balıq isə dirilib suya atılmış dənizdə bir yarğana tərəf üzmüşdü”.“Onlar (iki dənizin qovuşduğu yerdən) keçib get-dikləri zaman (Musa) öz gənc dostuna dedi: “Nahar yeməyimizi gətir. Bu səfərimiz bizi lap əldən saldı!”“O isə: “Görürsənmi, biz qayanın yanında otur-duğumuz zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız Şeytan unutdurdu. Balıq dirilib əcaib bir şəkildə dənizə yollanmışdır! – deyə, cavab verdi”.“(Musa:) “Elə axtardığımız yer buradır!” – dedi və onlar öz ləpirlərinin izinə düşüb gəldikləri yolla geri qayıtdılar”.“(Musa və Yuşə orada) Öz dərgahımızdan mər-həmət  əta etdiyimiz və Öz tərəfimizdən elm (qeybə dair bəzi biliklər) öyrətdiyimiz bəndələrimizdən birini (Xızırı) tapdılar”. “Musa ondan soruşdu: “Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?” “(Xızır) belə cavab verdi: “Sən mənimlə bir yerdə olsan görəcəyim işlərə əsla dözə bilməzsən. (Sənin onlara səbrin çatmaz, çünki mən batini elmlə iş görürəm. Sənin bildiyin isə ancaq zahiri elmdir. Sən peyğəmbər olduğun üçün mən zahirən qadağan olunmuş bir iş gördükdə ona etiraz edib əleyhimə çıxacaqsan)”. “Axı sən bilmədiyin (batininə, mahiyyətinə bələd olmadığın) bir şeyə necə dözə bilərsən?” “(Musa) dedi: “İnşallah, səbirli olduğumu görə-cəksən. Sənin heç bir əmrindən çıxmayacağam!” “(Xızır:) “Əgər mənə tabe olacaqsansa, səbəbini sənə izah etməyincə məndən heç bir şey haqqında soruşma!” – dedi”. “Bundan sonra onlar durub yola düşdülər. Gəmiyə mindikləri zaman (Xızır) onu deşdi. (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin? Doğrusu, günahı böyük bir şey etdin (olduqca çirkin bir iş gördün)”. “(Xızır) belə cavab verdi: “Sənə demədimmi ki, mənimlə bir yerdə olanda görəcəyim işlərə əsla dözə bilməzsən?” “(Musa) dedi: “Unutduğum bir şeyə görə məni danlama və məni öz işimdə (sənə tabe olmaqda) çətinliyə salma!” “Yenə getdilər, nəhayət, bir oğlan uşağı ilə rast-laşdıqda (Xızır) dərhal onu öldürdü. (Musa) dedi: “Heç bir günah iş tutmayan, buna görə də qisasa layiq olmayan pak (məsum) bir canamı qıydın? Doğrudan da, çox pis bir iş gördün”. “(Xızır) yenə belə cavab verdi: “Sənə demədimmi ki, mənimlə birlikdə olanda edəcəyim əməllərə əsla dözə bilməzsən?” “(Musa) dedi: “Əgər bundan sonra səndən bir şey barəsində xəbər alsam, bir daha mənimlə yoldaş-lıq etmə. (Hərəkətlərinə etiraz etdiyim, səni qınadığım üçün) sən artıq mənim tərəfimdən üzrlüsən (məni atıb getməyə haqqın vardır)”. “Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək (Musaya və Xızıra yemək vermək) istəmədi. Onlar orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar gördülər. (Xızır) onu düzəltdi. (Musa) dedi: “Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir muzd (çörək pulu) alardın. . .” “(Xızır) dedi: “Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır. (Zahirən naməqbul olduğunu gördüyün üçün) dözə bilmədiyin şeylərin yozumunu (batinini, iç üzünü) sənə xəbər verəcəyəm!” “Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin adamların arasında (yaxud qabağında) hər bir saz gəmini zorla ələ keçirəcək bir padşah var idi”. “Oğlana gəldikdə, onun ata-anası mömin kim-sələr idi. (Mən onun alnına baxıb gördüm ki, həddi-buluğa yetişəndə kafir olacaq) buna görə də biz (onun böyüyəndə) ata-anasını da (öz arxasınca) azğınlığa və küfrə sürükləməsindən qorxduq”. “Və Rəbbinin onun əvəzində onlara daha təmiz və (ata-anasına qarşı) daha mərhəmətli olan başqa bir övlad verməsini istədik”. “Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatası bir xəzinə vardı. Onların atası əməlisaleh bir adam idi. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. (Ya Musa!) Mən bunları öz-özümdən etmədim (yalnız Allahın əmrini yerinə yetirdim). Sənin səbr edib dözə bilmədiyin şeylərin yozumu (batini mənası) budur!” Xızır Peyğəmbər Beşbarmaq dağında çox qəmgin oturmuşduPirdə olarkən söhbət etdiyim Peyğəmbər aşiqlərinin danışdıqlarından da buranın həqiqətən Peyğəmbər məqamı olduğuna şübhə yeri qalmırdı. İctimai marağa səbəb olacağını nəzərə alıb, ziyarətgahda söhbət etdiyim bəzi müsahiblərimin başlarına gələn əhvalatları öz dillərindən  moderator.az-ın oxucularına təqdim edirəm.Abdurahmanova Növrəstə Rəcəbalı qızı  – Quba rayonunun Əlibəyqışlaq kənd sakini:- Uşaqlığımdan bu pirə böyük inamım var və imkan daxilində tez-tez ziyarət etməyə çalışıram. Hərdən yuxuma da girir. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə yuxuda gördüm ki, Xızır Zində Baba Beşbarmaq dağının başında oturub, əli üzündə yollara baxır. Çox qəmgin, pərişan oturmuşdu. Sanki çiyinlərində dağ boyda ağır yük vardı. Öz-özümə fikirləşdim ki, görəsən nə hadisə baş verib ki, Baba belə qəmgindir? Səhər açılanda eşitdim ki, rus qoşunları  bu gecə Bakıda qırğın törədiblər. Gənc yaşlarımda bir gecə ailəlikcə evdə yatmış-dıq  deyə, müsahibim söhbətini davam etdirir:  – Otaqda məndən başqa anam və kiçik bacı-qar-daşlarım vardı. Gecə yuxudan ayılıb, anamın üstünün açıldığını gördüm. İstədim durub yorğanı anamın üstünə çəkəm, amma hava soyuq olduğundan və yuxu şirin olduğundan fikrimdən vaz keçdim. Birdən öz-özümə fikirləşdim ki, körpə olanda anam mənim üstümü nə qədər örtübdür, gecələri başımın üstündə dayanıbdır, indi mən bir dəfə qalxıb onun üstünü örtə bilmirəm. İçimdə özümü qınamağa başladım. Bu anda qapı pəncərələr tayba-tay açıldı, içəri külək daxil oldu və küləklə birgə otağa gülab ətri yayıldı. Elə bu vaxt qapının ağzında bir kişi göründü. Kişi əlindəki əsanı yerə vurub: “Dur ananın üstünü ört!” – deyə əmr etdi. Mən qaranlıqda kişinin üzünü aydın görə bilməsəm də, səsini və hənirtisini açıq eşidirdim. Çünkü, yuxulu deyildim, oyaq idim. Yatağımdan qalxıb  gedib yorğanı anamın üstünə çəkdim və qayıdıb yerimə girdim. Bu vaxt həmin kişi sağ biləyimdən yapışıb: “Mən Xızır Zindəyəm” – dedi və yox oldu. Bir anlığa fikirləşdim ki, görəsən bu yuxudur, yoxsa reallıq? Ətrafa baxdım ki, qapı-pəncərə hələ də açıqdır, anamın üstü isə örtülüdür (hansı ki, anamın üstü əvvəlcə açıq idi, sonra mən örmüşdüm). Durub qapı-pəncərəni də örtərək, təkrar yatağıma uzandım.Mənim həyatım çox çətinliklərlə keçib – deyə, Növrəstə xanım söhbətini davam etdirir:  – vəziyyətdən çıxmaq üçün həmişə Allaha və Xızır Zində Babaya dua etmişəm. Bir gecə yuxuda iki qoç gördüm  biri ağ, biri qara. Ağ qoçun boynunda qara yaylıq, qara qoçunsa boynunda ağ yaylıq vardı. Bir səs mənə dedi ki, bu qurbanlar Xızır Zində Babanındır. Bu yuxunu bir neçə il dalbadal təkrar-təkrar görsəm də, əhəmiyyət vermirdim. Bu ilin yanvar ayında yenidən yuxuda həmin qoçları gördüm. Bu dəfə həmin səs mənə konkret olaraq dedi: ”Bilirsən, bu qurbanları hara aparmalısan? Bu qurbanları Xızır Peyğəmbərin ocağına aparmalısan; diri Peyğəmbərin ocağına”. Artıq mən bu yuxuya ciddi yanaşmağa başladım və pul toplayıb iki qoç aldım – biri ağ, biri qara. Ağ qoçun boynuna qara yaylıq, qara qoçun da boynuna ağ yaylıq bağlayıb, keçən ay gətirib burada – Beşbarmaq dağında kəsdim. Qurbanları kəsib gedəndən sonra özümdə xeyli yüngülləşmə hiss elədim. Sıxıntılarım yavaş-yavaş azalmağa başladı. İçimdə özümü qınadım ki, gərək mən bu qurbanları neçə il bundan qabaq kəsəydim. “Vəhabilərin sözünə baxıb az qala uşağımı öldürəcəkdim…”Məmmədova Xuraman Əjdər qızı – Oğuz rayonunun Kərimli kənd sakini: -Təzə gəlin olan vaxtlarımda yuxuda gördüm ki, dağın başında, böyük bir qəbrin yanındayam, yalvarıram ki, “Ay Zində baba, səndən bir oğul istəyirəm”.  Bir neçə gün dalbadal  bu yuxunu gördüm. Aradan bir müddət keçdikdən sonra  oğlum dünyaya gəldi. Zində babanın kim olduğunu, harada dəfn olunduğunu öyrənmək istəsəm də, buna nail ola bilmirdim. Günlərin birində həyətə dilənçi girdi, qaynanam ona nəzir verərkən, evə dəvət etdi ki, bir stəkan çay içsin. Dilənçi dedi: “Tələsirəm, Zində babanı ziyarətə gedirəm”. Dedim: “Kimi ziyarətə gedirsən?” Dedi: “Zində babanı”. Dedim: “Neçə ildir mən onu axtarıram, tapa bilmirəm”. Dedi: “Quba yolunun üstündə, dağın başındadır”. Mən ona nəzir verdim ki, ziyarətgaha qoysun. Nəhayət, aradan bir müddət keçdi, uşaq beş yaşa çatanda sudurğa keçirdi, ölüm ayağında oldu. Əl açdım göyə, dedim: “Ya Rəbbim, bu uşaq ayılsın, birinci sinfə gedən gün kəndimizdə olan, “Çərşənbə” pirində qurban kəsərəm”. Allah duamı qəbul etdi, həmin andaca uşaq ayıldı. Böyüyüb, birinci sinfə gedəsi oldu. Əhdimə əməl edərək, qurban kəsməli idim. Məscidə gedən və ərəblərin kitablarını oxuyan kişi qohumlarım qurban kəsməyə  icazə vermədilər. Dedilər ərəb müəlliflərinin kitablarında pirdə qurban kəsməyi qadağan edirlər. Uşaq üç gün dərsə gedəndən sonra, sağ biləyinin aşağısından çiban çıxdı, dörd ay əlinə qələm ala bilmədi, yoldaşları əlifbanı öyrənib başa çatanda bu ilk hərifləri yazmağa başladı. Aradan bir il də keçdi, yenə də qurbanı kəsməyə icazə vermirlər……Ürəyimə dammışdı ki, bu il də uşağa nə isə olacaq. Sentyabrın birində uşaq məktəbli formasını geyib ikinci sinfə yola düşürdü ki, pilləkəndən düşəndə ayağı ilişib yerə yıxıldı. Tərs kimi, yerdə, pilləkənin düz qabağında şüşə butılkanın qırığı  varmış. Bu, heç vaxt olmayan bir hal idi ki, yarıdan qırılmış butılka oturacaq hissəsi aşağı, sınıq hissəsi bıçağın ucu kimi ağzıyuxarı halda pilləkənin qabağında durubmuş. Sanki, kimsə qəsdən bunu bura qoymuşdu. Həmin bıçağabənzər butılka uşağın çənəsinin altından necə batdısa, məktəbli forması al qana boyandı. Təcili yardım çağırdıq, şüşəni çıxarıb, yarasını sarıdılar. Yaxşı ki, səs telləri zədələnməmişdi…Yenə də evdə pirdə qurban kəsib-kəsməmək üstündə söz-söhbət, mübahisələr qızışdı və kişilər imkan vermədilər ki, əhdimə əməl edəm. Beləcə, daha bir il də ötdü…Uşağın üçüncü sinfə getməsinə saylı günlər qalırdı. Yenə də ürəyim əsirdi ki, görəsən bu il nə baş verəcək? Allaha yalvarırdım ki, heç nə olmasın. Nə isə… Məktəb başlanmasına üç gün qalmış uşaq meyvə ağacından yıxılıb, sağ qolu qırıldı. Bu hadisədən sonra bütün qohumlar biri-birinə dəydi. Hamı başa düşdü ki, bütün bu olanlar qurbanı gecikdirdiyimizə görə baş verir. Atamgil də işə qarışdılar, nəhayət bir qoç alıb, “Çərşənbə” ziyarətgahında kəsəndən sonra uşaqda heç bir problem olmadı. Vəhabi yazarların sözünə baxıb, az qala uşağımın ölümünə bais olacaqdım… Söhbəti qələmə aldı: Paşa Yaqub – tədqiqatçı-yazıçıSiyəzən – BakıYazarın arxivi: http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler