Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İki az yaşlı qızı anası ile birlikde ölümün içerisine gönderen hansı vicdansızdır?”

22 Ekim 2016

8:08 pm


23/10/2016 [00:05]: xeber –
sayt xəbər verir ki, millət vəkili Qənirə Paşayeva iki azyaşlı övladını qaçıraraq İŞİD-ə qoşulan qadının əməllərinə qiymət verilməsinə və bu kimi dəhşətli olayların təkrarlanmaması üçün cəmiyyətin sərvaxt olmasına yönəlik açıqlamada bulunub:”5 yaşlı Lalənin atasına səslənişini dinləyəndən sonra bəlkə 5 saatdır ürəyimdən sanki daş asılıb. Bu nə dəhşətdir? Kimdir bizim vətəndaşlarımızı Suriyada ölümə göndərənlər? Hansı vicdansızdır iki az yaşlı qızı anası ilə birlikdə ölümün, atəşin içərisinə göndərən? Kimlərdir insanlarımızın beynini bu qədər zəhərləyənlər? Kimlərdir onların beynini bu dərəcədə zəhərləyib iki az yaşlı uşağı ilə atəşin ortasına göndərənlər? Nə üçün göndərirlər? Nə edəcək bu qadın və iki azyaşlı uşaq? Bunlar çox ciddi məsələlərdir. Hüquq-mühafizə orqanlarımız inanıram ki, bu məsələni ciddi araşdıracaqlar və günahkarlar layiq olduqları cəzanı alacaqlar. Mütləq almalıdırlar. Təkcə onlar deyil, insanlarımızın beyinlərini zəhərləyənlərin hamısı ciddi cəzalanmalıdır ki, cəmiyyətimizdə bu kimi hallar artmasın. Cəmiyyətimiz isə onlara kömək etməlidir. İnsanlarımızı çağırırıq ki, ətraflarında, çevrələrində bu kimi şübhə, narahatlıq doğuran hallara biganə qalmasınlar, zamanında lazımi qurumlara müraciət etsinlər. Balaca Laləyə və bacısına gəlincə. Bu uşaqların dönməsi üçün çalışmaq lazımdır. Bilmirəm necə, amma bunun üçün çalışmalar mütləq lazımdır. O balaca qızın ata həsrəti ilə bir gün o savaş, atəş cəhənnəmində öləcəyini düşünmək belə istəmirəm. Çox ağrıdıcı hekayədir. Həm də çox üzücü və düşündürücü…”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler