Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İki aydır itkin düşmüş uşaq tapıldı

12 Ağustos 2016

4:48 pm


12/08/2016 [20:44]: xeber –
İki aya yaxındır itkin düşən Kürdəmir rayon sakini Aslan Mahmud oğlu Abdullayev tapılıb. sayt xəbər verir ki, bu barədə “Report”un Azərbaycan Uşaqlar Birliyi uşaq sığınacağının koordinatoru Vasif Akifli məlumat verib. Onun sözlərinə görə, A.Abdullayev üç gündür sığınacaqdır: “O, avqustun 9-da Yasamal Rayon Polis İdarəsi 27-ci polis bölməsinin əməkdaşları tərəfindən sığınacağımıza təhvil verilib. İlkin dindirmələr zamanı uşaq Lənkəran şəhər sakini və 2002-ci il təvəllüdlü Hüseyn Təyyar oğlu Həsənov olduğunu bildirmişdi. Lakin hüquqşünasımızın apardığı araşdırmalar nəticəsində onun Kürdəmir rayonundan olduğu və kimliyini düzgün demədiyi üzə çıxıb. Bundan sonra Kürdəmir Rayon İcra Hakimiyyəti və rayon poliş şöbəsi ilə əlaqə saxlanılıb. Uşaq akt əsasında ailəsinə təhvil verilib”. V.Akifli bildirib ki, valideynləri uşağın evdən ilk dəfə qaçmadığını söyləyiblər: “A.Abdullayev rayon ərazisində bir neçə dəfə uşaqlara qoşularaq evdən qaçıb. Ancaq bu hal bir neçə gün davam edib. Onun uzun müddətə evdən getməsi ilk dəfədir baş verir”. Qeyd edək ki, “Report” Kürdəmir rayonu Şahsevən kənd sakini A.Abdullayev iyunun 20-də evdən çıxıb qayıtmaması barədə məlumat vermişdi. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler