Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İdris İsayev: “Deyerdim ki, bu istiqamet strateji seviyyeye yükselib”

11 Kasım 2016

7:20 am


11/11/2016 [11:16]: xeber –
“Hazırda iqtisadiyyatda baş verən dəyişikliklər insan resurslarının idarə edilməsi funksiyasının əhəmiyyətini daha da artırıb. Deyərdim ki, bu istiqamət strateji səviyyəyə yüksəlib. Şirkətlər rəqabət qabiliyyətinin yüksəlməsi üçün hər hansı texnoloji yeniliklərin və ya iqtisadiyyatın ümumi inkişaf tempinin deyil, işçilərin bilik və bacarıqlarının əsas amil olacağını nəzərə alaraq insan kapitalına verilən dəyəri artırıblar”. sayt xəbər verir ki, unu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev növbəti Milli İnsan Resursları Forumundakı çıxışı zamanı deyib. Forumda müxtəlif xarici və yerli şirkətlərin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.İ.İsayev vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və düşünülmüş sosial-iqtisadi siyasəti nəticəsində ölkədə yüksək inkişafa nail olunub, əhalinin maddi rifahı xeyli yaxşılaşıb, yoxsulluğun səviyyəsi minimuma enib, Azərbaycan yüksək orta gəlirli ölkələr sırasında yer tutub. Həyata keçirilən islahatlar, genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaradıb: “Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqinə əsaslanır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafının və insan resurslarının səmərəli idarəedilməsinin təmin olunmasıdır. Bu faktor iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən biridir”.O, milli iqtisadiyyatda gedən tərəqqi prosesləri şəraitində insan resurslarının idarə edilməsi sahəsində mövcud meyllərdən bəhs edib: “Əgər əvvəllər şirkətlərin müsbət maliyyə göstəriciləri ölkə iqtisadiyyatının müsbət inkişaf tempindən yaranırdısa, yaxın gələcəkdə bu göstəricilər daha çox işçi qüvvəsinin potensialından asılı olaraq təmin ediləcəkdir. İnsan resurslarının bilik və bacarıqları, istedadları, intellektual imkanları şirkətlər üçün həm də qeyri-maddi aktivlərdir. Onlar şirkətlərin kapitallaşmasında birbaşa iştirak edir və şirkətlərin rəqabətqaliyyətinin təmin edilməsində əsas amildir. İnsan resursları yeni dəyər yaradaraq maliyyə resurslarının toplanmasını, istifadəsini və keyfiyyətə nəzarəti təmin edir. Digər resurslardan fərqli olaraq, onların imkanları məhdud deyildir, onlar daim inkişaf edir və təkmilləşir”.Nazir müavini diqqətə çatdırıb ki, insan resurslarının idarəedilməsi məsələsinə geniş kontekstdə baxılmalı, müxtəlif aspektlərin vəhdəti halında öyrənilməli və tədqiq olunmalıdır. İşçi qüvvəsinin formalaşması, işçinin yaradıcılıq və faydalılıq imkanlarının artırılması, onun işgüzarlıq fəaliyyətinin qiymətləndirilməsi kimi məsələlər insan resurslarının idarə edilməsində mühüm əhəmiyyət kəsb edir.Bu sahədə dövlətin də öz rolu olduğunu qeyd edən İ.İsayev bildirib ki, insan resurslarının idarə edilməsi məşğulluğun, əmək şəraitinin və əməyin ödənişi sisteminin tənzimlənməsinə, işçi ilə işəgötürən arasında qarşılıqlı münasibətlərin təmin edilməsinə, əmək qabiliyyətli əhalinin ixtisas səviyyəsinin artırılmasına, əmək, məşğulluq və sosial münasibətlər sahəsində qanunvericiliyin hazırlanmasına yönəlib: “Dövlət təhsil, əmək və məşğulluq siyasətlərini icra edərək, qeyd olunan vəzifələrlə yanaşı, insan resurslarının əmək bazarında bölgüsünü və yenidən bölgüsünü, əmək ehtiyatlarından daha dolğunistifadə etməklə əhalinin səmərəli məşğulluğuna yönələn tədbirləri həyata keçirir. Eyni zamanda o, dövlət qulluğunda insan resurslarının idarəedilməsi istiqamətində fəaliyyəti təşkil edir”.İ.İsayev qeyd edib ki, “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında işləyən vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi, əhalinin ümumi gəlirlərində əməyin ödənilməsi payının artırılması, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması, qeyri-formal məşğulluğun qarşısının alınması, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanların yaradılması dövlət siyasətinin əsas istiqamətləri kimi müəyyən edilib. Hazırda bu istiqamətlərdə məqsədyönlü tədbirlər həyata keçirilir.“Əslində insan resursları mühüm sosial və iqtisadi kateqoriyadır və özündə əmək qabiliyyətli yaşda olan əhalinin malik olduğu fiziki və intellektual imkanların məcmusunu birləşdirir”,-deyə bildirən nazir müavini əlavə edib ki, insan resursları özündə əmək intizamı qaydalarını, fərqləndirmə və mükafatlandırma sistemlərini əhatə edən, zəruri insan resurslarının axtarılması, işçi-işəgötürən münasibətlərinin tənzimlənməsi, müəssisədaxili qaydaların müəyyən edilməsi, digər əmək münasibətlərinin öyrənilməsi və inkişafı istiqamətinə yönələn bir fəaliyyətdir. İnsan resurslarının planlaşdırılması, işə qəbul, vəzifə kateqoriyasının və baza əmək haqlarının müəyyən olunması, ehtiyat kadrların hazırlanması, işçinin inkişafı və fəaliyyətinin qiymətləndirilməsi, motivasiya insan resurslarının idarə edilməsi işinin təşkilinin xüsusiyyətləridir: “Bu səbəbdən insan resurslarının idarə edilməsi sahəsində mövcud olan risklər və onların idarə edilməsi yolları, insan resurslarının idarə edilməsi ilə məşğul olan vəzifəli şəxslərin vəzifələri, insan resurslarının idarə edilməsi üzrə müxtəlif siyasətlər və yanaşmalar öyrənilməlidir. Habelə kadrların idarə edilməsi ilə insan resurslarının idarə edilməsi arasındakı fərqin, eləcə də insan resursu ilə insan kapitalı baxışları arasındakı fərqin düzgün müəyyən edilməsinin, insan kapitalının formalaşması üzrə dünyada gedən son meyllərin, insan kapitalının formalaşması yollarının öyrənilməsi vacibdir”.Nazir müavini bildirib ki, ölkəmiz insan resursları ilə zəngin olan bir ölkədir: “Təsadüfü deyil ki, BMT “İnsan İnkişafı Hesabatı”nda Azərbaycanı yüksək insan inkişafı səviyyəsinə malik olan ölkələr siyahısına daxil edib. Həmin indeks əhalinin rifahını ÜDM-dən daha geniş şəkildə özündə ehtiva edir və insan inkişafının üç ölçüsünü özündə birləşdirir: uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır); təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır); layiqli yaşayış standartları (alıcılıq qabiliyyəti pariteti/AQP, gəlir əsasında hesablanır)”.Ölkə əhalisinin artımı fonunda 1990-cı illə müqayisədə əmək qabiliyyətli yaşda olan əhalinin sayının da əhəmiyyətli şəkildə artdığını qeyd edən İ.İsayev diqqətə çatdırıb ki, qeyd olunan dövrdə 15-64 yaş qrupunda olan əhalinin sayında 56 % artım müşahidə olunub və əhalinin ümumi strukturunda 15-64 yaş qrupundan olanların payı 62,3 %-dən 2016-cı ildə 71,3 %-ə qədər artıb: “Son 5 ildə isə ölkədə iqtisadi fəal əhalinin sayında 6,2%, məşğul əhalinin sayında 6,8%, muzdla işləyənlərin sayında 8,3% artım özünü göstərib. Əhalinin, xüsusilə də əmək qabiliyyətli əhalinin artımı məşğulluq sahəsində növbəti onilliklər ərzində əlavə tədbirlərin görülməsini tələb edəcəkdir”.Nazir müavini bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən iqtisadi fəal əhalinin artımına uyğun olaraq iş yerlərinin artmasının zəruri olduğu ifadə edilməklə, bununla əlaqədar uzunmüddətli konkret plan tərtib edilməsi barədə tapşırıqlar verilib: “2003-2016-cı illər ərzində 1,6 milyon iş yeri açılıb ki, onların 1 milyonu daimi olub. Yeni yaradılmış iş yerlərinin əsas hissəsi, yəni 76 faizi regionların, 88%-i iqtisadiyyatın qeyri-dövlət sektorlarının payına düşür. Yeni iş yerlərinin yaradılması əhalinin məşğulluğunun artmasına təsir göstərib və 2015-ci ildə məşğulluq səviyyəsi 62,1 % təşkil edib”.İqtisadi struktur transformasiyasının ardınca məşğulluğun strukturunun dəyişdiyini qeyd edən İ.İsayev bunun həm də insan resurslarının sektorlararası yenidən paylanmasının göstəricisi olduğunu diqqətə çatdırıb: “Dövlət sektoru işçilərinin payı 1995-ci ildəki 56%-dən 2015-ci ildə 25,2%-dək azalıb, qeyri-dövlət sektorunda çalışan işçilərin və fərdi sahibkarların payı isə artıb. 2015-ci ildə yeni iş yerlərinin 76%-i fərdi sahibkarlar və özünüməşğul şəxslər tərəfindən yaradılıb”. Bunun sabit iqtisadiyyatın göstəricisi olduğunu bildirən nazir müavini digər tərəfdən belə halların qeyri-rəsmi iqtisadiyyatın yaranma riskini törətdiyini də vurğulayıb. O, iş yerlərinin yaranmasında özəl sektorun əsas rol oynadığını bildirməklə, bu sahədə dövlət sektorunun da əhəmiyyətini vurğulayıb.Nazir müavini əlavə edib ki, tam, məhsuldar, sərbəst seçimli və layiqli məşğulluq istiqamətində edilən ən təqdirəlayiq dəyişikliklərdən biri gender bərabərliyi və imkanlar yaradan diversifikasiya olub: “Məşğulluq strukturunda qadınların iqtisadi fəallığının və payının artımı müşahidə olunub. Kişilər və qadınların iqtisadi fəaliyyəti arasında olan fərq (cinsə görə əmək qüvvəsində iştirak fərqi) 2003-cü ildə 4%-dən 2016-cı ildə 2,2%-ə enib. Hazırda iqtisadi fəal əhalinin tərkibində kişilərin payı 51,1%, qadınların payı isə 48,9% təşkil edir”. O nəzərə çatdırıb ki, Azərbaycan son 10 il ərzində işsizlik səviyyəsinin azalmasına müvəffəq olub. 2015-ci ilin sonunda Dövlət Statistika Komitəsi işsizliyin 5% (4,1% kişilər və 5,9% qadınlar arasında) olduğunu bildirib. Gənclər (15-24 yaş qrupu) arasında işsizlik 2000-ci ildəki 22%-dən 2015-ci ildə 13,4% -dək azalıb”.İ.İsayev qlobal miqyasda iqtisadi sahədə baş verənlərin, maliyyə böhranlarının, xüsusən neftin qiymətinin düşməsi fonunda ölkənin əmək bazarında sabitliyin qorunub saxlanması, cari il yanvarın 26-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının ikinci ildönümünə həsr olunmuş iclasda Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq sosial məsuliyyətin bölüşdürülməsi yönündə görülən tədbirləri qeyd edib: “Dövlət şirkətləri tərəfindən qısa müddətdə Nazirliyin Məşğulluq Xidməti orqanlarına 18 minə yaxın yeni vakansiyalar barədə məlumatlar təqdim edilib və bu orqanlarda işaxtaran kimi qeydiyyata alınmış şəxslər müvafiq göndərişlə həmin iş yerlərində münasib işlərlə təmin olunublar. Bundan əlavə hesabat dövründə Nazirliyin Məşğulluq Xidməti orqanlarına təqdim edilmiş vakansiyalar üzrə 16,5 minə yaxın işaxtaran şəxs əmək müqavilələri əsasında abadlıq və təmir-tikinti işlərinə cəlb edilib. Nəticədə cari ilin mart-iyun aylarından işçi qüvvəsinin hərəkətində müsbət saldo yaranıb, yəni bağlanan əmək müqavilələrinin sayı xitam verilmiş əmək müqavilələrinin sayından artıq olub. Əmək müqaviləsi üzrə elektron informasiya sisteminin məlumatına əsasən 2016-cı ilin 1 noyabr tarixinə muzdla işləyənlərin sayı 26,6 min nəfər artaraq 1276,7 min nəfər (Naxçıvan MR istisna olmaqla) təşkil edib”.Nazir müavini bildirib ki, ümumilikdə isə 2016-cı ilin 10 ayında Məşğulluq Xidməti orqanları tərəfindən 53,3 min nəfər münasib işlə təmin olunub: “Həmçinin cari ilin yanvar-oktyabr aylarında Xidmətin xətti ilə 3 min nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 865 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib”.İnsan resurslarının iqtisadiyyatın sektorları üzrə bölgüsünə toxunan İ.İsayev çıxışında işçilərin sosial müdafiəsi və əməyin təhlükəsizliyi sahələrində görülən işlərdən, sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya təminatı sisteminin yaradılmasından da bəhs edib. O bildirib ki, son illərdə iqtisadiyyatın inkişaf tempinə uyğun əmək bazarının formalaşdırılması, əmək resurslarından istifadənin rəsmiləşdirilməsi, yeni iş yerlərinin açılması və işləyən əhalinin əmək və sosial hüquqlarının təminatı sisteminin təkmilləşdirilməsi əsas hədəflərdən olub. Nazir müavini vurğulayıb ki, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi işçilərlə əmək münasibətlərinin hüquqi əsaslarını elektron müstəviyə çıxarıb, əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilində, əmək müqavilələrinin bağlanmasında formal yanaşmaların aradan qaldırılmasında imkanlar yaradıb.İşsizlikdən sığorta sisteminin yaradılacağını da qeyd edən İ.İsayev bildirib ki, sistem sığorta olunan şəxslərin itirilmiş iş yerləri üzrə əmək haqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması kimi çıxış edəcək: “Bununla yanaşı, həmin sistem genişmiqyaslı aktiv məşğulluq tədbirlərinin, sosial cəhətdən həssas əhali qrupları üçün məqsədli proqramların həyata keçirilməsinə, sosial müəssisələrin yaradılmasına və s. imkan verəcəkdir”.Çıxışının sonunda İ.İsayev bu forumun ölkəmizdə insan resurslarının səmərəli idarə edilməsi prosesində öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler