Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İdmanı sevek, sağlam olaq!” layihesi heyata keçirilir – QHT Şurasının desteyi ile

02 Ağustos 2016

8:36 am


02/08/2016 [12:33]: xeber –

Azərbaycan  Respublikasının  Prezidenti yanında  Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
maliyyə dəstəyi ilə Abşeron Gənclərinin İnkişafı İctimai Birliyi tərəfindən
“İdmanı sevək, sağlam olaq!” adlı layihə həyata
keçirilir. Layihənin
məqsədi məhəllə gənclərini kreativ üsullarla idmana cəlb olunması prosesini
stimillaşdırmaq, onların sağlam böyümələrinə və zərərli vərdişlərdən
uzaqlaşdırılmasına dəstək vermək və ictimaiyyətdə idmana çağırış
kompaniyalarının təbliğinə start verməkdir. 
Layihənin vəzifələri Bakı və Abşeron rayonunda, məhəllə uşaq, yeniyetmə,
gəncləri üçün açıq havada idmana və sağlamlığa çağırış fleş moblarını keçirmək,
məhəllə arası idman yarışları keçirmək, faydalananların idman mərkəzlərinin
imkanlarından güzəştli istifadəsinə kömək etmək, idman təbliğat vasitələrini
yaymaqdır.

Abşeron
Gənclərinin İnkişafı İctimai Birliyinin sədri Rauf Babayevin sözlərinə görə, layihə çərçivəsində yeniyetmə gənclərdən ibarət
komandalar arasında futbol turniri təşkil olunub. Turnir 15 iyun 2016-cı il
tarixində start götürülüb və carı ilin avqust ayının 10-na
kimi davam edəcək. Turnirin sonunda iştirakçılara sertifikatlar veriləcək,
qaliblər mükafatlandırılacaq. Beləliklə, İctimai Birlik keçirilən kiçik idman
yarışları vasitəsilə yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ
edəcək və onların asudə vaxtının səmərəli təşkilinə və zərərli vərdişlərdən
uzaq durmasına şərait yaradacaq.

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler