Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İdmançımız finişe birinci çatdı – Rioda

15 Ağustos 2016

1:52 pm


15/08/2016 [17:48]: xeber –
Azərbaycan idmançısı İnna Osipenko Radomskya Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarında bu gün baydarkada 200 metr məsafəni 40,702 nəticə ilə qət etməklə dördüncü təsnifat mərhələsində ilk yeri qazanıb. O, bununla yarımfinalda iştirakını təmin edib. Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır. Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda – 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı – 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü – kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur. Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edir – Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbət güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks). (trend)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler